"Paşa Kapital" "PSG Broker"i liderlikdən saldı | Banco.az

"Paşa Kapital" "PSG Broker"i liderlikdən saldı

Banco.az Bakı Fond Birjasının açıqladığı məlumatlara istinadən xəbər verir ki, oktyabr ayında Paşa Kapital (63 mln manat) xidmətlərin həcminə görə yenidən birinciliyə yüksəlib. Nəzərinizə çatdıraq ki, sentyabrda məhz Paşa Kapital 63 mln manatlıq əməliyyatla 3-cü yerdə qərarlaşmışdı.

Unicapital isə sentyabr ayı ilə müqayisədə əməliyyatların həcmini 4 dəfə artıraraq 48 mln manatla ikinci yerin sahibidir.

Sentyabr üzrə reytinqin birincisi PSG Broker (90 mln manat) oktyabrda yalnız 30 mln manat həcmində əməliyyat həyata keçirmişdir ki, bu da onun 3-cü yerdə qərarlaşmasına səbəb olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, ötən ay reytinqdə iştirak etməyən Yapı Kredi İnvest Standard Capital bu ay uyğun olaraq 6 və 11-ci yerlərdə qərarlaşmışlar. 

Ən sərfəli krediti almaq üçün müraciət et