PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına 7 milyon manat ayırdı | Banco.az

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına 7 milyon manat ayırdı

PAŞA Holding Heydər Əliyev Fondu və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Biz birlikdə güclüyük" aksiyasına dəstək göstərmək məqsədilə 7 milyon manat vəsait ayırıb.

Sözügedən bu layihə çərçivəsində "Biz Birlikdə güclüyük" şüarı altında 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.

Xatırladaq ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et