PAŞA Bank ilə innovativ bankçılıq cəmi 2 addımlığınızda! | Banco.az

PAŞA Bank ilə innovativ bankçılıq cəmi 2 addımlığınızda!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Müştərilərinin ehtiyacları əsasında hazırlanmış və tamamilə yenilənmiş, sadə və rahat istifadəçi interfeysinə malik Onlayn Bankın funksionalını təkmilləşdirməyə davam edir.

Yüksək keyfiyyətli innovativ bank xidmətlərini təmin edən PAŞA Bank identifikasiya mərhələsində ən müasir texnologiyaları tətbiq etməklə yeni Müştərinin Onlayn Bank sisteminə cəmi 2 addım ilə sürətli girişini təmin edir. Təqdim olunan bu həll hüquqi şəxslərin və fərdi sahibkarların vaxtına əhəmiyyətli dərəcədə qənaət etməklə yanaşı, həm də ən əlverişli dünya təcrübələrinə və standartlarına uyğun olaraq müştərilərin məlumatlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda, bir neçə dəqiqəyə identifikasiyadan keçmiş PAŞA Bankın Onlayn Bank istifadəçiləri Bankın təklif etdiyi məhsul və xidmət çeşidləri ilə elə orada da tanış ola bilər. Bundan əlavə, biznes sahibləri PAŞA Bankın Onlayn Bank sistemində onlar üçün yaradılmış Şirkət profilindən istifadə etmək, o cümlədən şirkət profilində lazımi dəyişikliklər etmək imkanına malikdirlər.

Onlayn Bank sisteminə daxil olmaq, həmçinin, bütün məhsul və xidmət çeşidləri barədə ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil olun: https://pashabank.digital/

Ən sərfəli krediti almaq üçün müraciət et