Paşa Bank haqqında bilinməli 10 fakt | Banco.az

Paşa Bank haqqında bilinməli 10 fakt

2007-ci ilin iyun ayından fəaliyyətə başlayan Paşa Bank bu günlərdə 10 yaşını tamam etdi. Bununla əlaqədar olaraq, Banco.az komandası Bank haqqında sizə maraqlı ola biləcək faktları təqdim edir. Bank lisenziyasını isə 28 Noyabr, 2017-ci il tarixində alıb.

  • Paşa Bank ilk növbədə korporativ bankdır, adi qaydada riteyl sahəni maliyyələşdirmir. Yəni siz fiziki şəxs olaraq bankdan sadəcə kiçik həcmli kreditlər götürə bilməzsiniz. Paşa Bank özündə İnvestisiya bankçılığı, Korporativ bankçılıq və Prayvit bankçılıq xidmətlərini əhatə edir, o cümlədən kiçik və orta sahibkarlığı maliyyələşdirir.
  • Özündə daha iki törəmə bankı birləşdirir. 2013-cü ildən etibarən bank  Gürcüstanda, 2014-cü ildən  etibarən isə Türkiyədə təmsil olunur.
  • Hal hazırda Pasha Bank aktivlərinin həcminə görə Azərbaycanın ikinci ən böyük bankıdır - 3 264 320 min manat (31.03.2017 tarixinə). Bankın səhmdar kapitalı 333 mln, bölüşdürülməmiş mənfəəti isə 93 mln  414 min manat təşkil edir.
  • Paşa Bank ən böyük mənfəətini 2016-cı ildə 87 mln 871 min manat həcmində əldə etmiş və bundan 18 mln 583 min manat vergi ödəmişdir, bankın vergidən sonrakı xalis mənfəəti 69 mln 288 min manat təşkil edib.

  • Bankın ən böyük zərəri, 2014-cü ildə 2 mln 796 mmin manat həcmində qeydə alınıb. Bankın tarixində bundan öncə ilk və yeganə zərərdə olduğu il isə 2007-ci il olub.
  • Bankın ilk idarə heyətinin sədri Fərid Axundov olub, 2007-2015. İndiki sədr Taleh Kazımov isə bu vəzifənin icrasına 2015-ci iln iylun 1-dən başlayıb. Həmin təyinatla bağlı Fərid Axundovun sözləri:

"Biz çox şadıq ki, Bankın idarəçiliyi məhz Bankın təsis edildiyi gündən bankda çalışan daxili namizədin təcrübəli əllərinə keçir və mən əminəm ki, Taleh Kazımovun rəhbərliyi altında PAŞA Bank Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda uğurlu fəaliyyətini davam etdirəcək. İdarə heyətinin sədri olduğum müddətdə göstərdikləri dəstəyə görə mən Bankın bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm

Ən sərfəli kredit üçün müraciət et

  • Səhmdarlar -  Bankın səhmdarları iki hüquqi şəxs: PASHA Holding Ltd. (60%), Ador Ltd. (30%) və bir fiziki şəxs: Cənab Arif Pashayevdir (10%).

  • PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq  2013-cü ildə“Dinamik şifrələr” əsasında “3D Secure” texnologiyasını tətbiq edib. "MasterCard" ödəniş sistemində "Secure Code", "VISA" ödəniş sistemində isə "Verified by VISA" adlanan bu texnologiya onlayn alış-veriş zamanı əlavə müdafiə dərəcəsi yaradır və ödəniş kartınızla onlayn əməliyyatlarınızı daha da təhlükəsiz etmək üçün qoruma təmin edir.

  • Həmçinin 2013-cü ilin sonunda PAŞA Bank ölkədə ilk dəfə olaraq, hər iki aparıcı ödəniş sistemlərinin - "Visa" və "MasterCard" təmassız kartlarının həm qəbulu (acquiring), həm də dövriyyəyə buraxılması (issuing) texnologiyalarının tətbiqinə başlayıb.

  • 2014-cü ildə PAŞA Bank Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB) PAŞA Kapital şirkəti vasitəsilə korporativ investisiya qiymətli kağızlarla REPO əməliyyatını həyata keçirmişdir. Əməliyyat zamanı REPO predmeti olaraq PAŞA Bankın market-meyker rolunu oynadığı Bakcell MMC-nin istiqrazları çıxış etmişdir.

Sonda, Banco.az kollektivi adından Paşa Bankı 10-cu yaşı münasibəti ilə təbrik edirik. 

Ən sərfəli krediti almaq üçün müraciət et