Paşa Bank 59 mln. manat mənfəətdədir - GÖSTƏRİCİLƏR | Banco.az

Paşa Bank 59 mln. manat mənfəətdədir - GÖSTƏRİCİLƏR

"Paşa Bank" 2017-ci ilin 31dekabr tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Sözügedən tarixdə bankın cəmi aktivləri 3,552 mlrd. manat olub. Bu isə 2016-cı ilin son rübü ilə müqayisədə 13,2% çoxdur. Öhdəliklərinin həcmi isə  il ərzində 413 mln. manat artaraq  3,149 mlrd. manata çatıb.

Aktivlərinin tərkibində müştərilərə verilmiş kreditlərin həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə  8,4% artaraq 943 mln. manat olub.

"Paşa Bank"ın cəmi kapitalı ötən ilin son rübünə 402,71 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank ili mənfəətlə başa vurub.

2017-ci il üzrə bankın xalis faiz gəlirləri 112,628 mln. manat, xalis faiz xərcləri isə 26,518 mln. manat həcmində olub. 73,798 mln. manat mənfəət əldə edən "Paşa Bank", 14,804 mln. manat mənfəət vergisi ödəyib və sonda, ili 58,994 mln. manat mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et