Partnyorluq sirri: Balaca şirkət böyük brendin marağını necə cəlb etməli? | Banco.az

Partnyorluq sirri: Balaca şirkət böyük brendin marağını necə cəlb etməli?

Balaca bizneslərə öz səsini böyük brendlərə eşitdirmək üçün 6 tövsiyə

Layihəni bir neçə şirkətə təqdim edin

Bütün gücünüzü bir iri brendə sərf etməyin. Sizi maraqlandıran sahəni seçin və sektorun əsas oyunçularını analiz edin. Sonra isə “atla gediş edin” – hazır məhsulu bir neçə kompaniyaya təklif edin. Təklifin gözoxaşayan olması danışıqlarda başlıca rol oynayır: parlaq təqdimat hazırlayın və əməkdaşlıq sxemini nümayiş etdirin.

Potensial partnyorun müsabiqələrini izləyin

Nəhəng brendlər mütəmadi olaraq yaradıclıq tələb edən müsabiqələr keçirir. Balaca şirkətlər üçün bu öz layihəsini marka şərtləri ilə təklif etmək üçün qaçırılmaz fürsətdir,  siz bu zaman layihənin konsepsiyasına uyğun video, məhsulların birgə şəkili, hər iki kompaniyanın "hashtag"ı ilə göndərə bilərsiniz.

Bir başa olaraq qərar qəbul edən insanlar ilə danışın

Çalışın ki, həmişə qərarı verən insanlara çıxış əldə edə biləsiniz.  Katiblik və digər şəxslər vasitəsi ilə əlaqə qurmaq və ya şirkətin ümumi telefonuna zəng etmək isə imtina almağın ən yaxşı yoludur.

Danışıqları öz üzərinizə götürün, orta həlqə menecerlərində çox zaman dialoqu lazımı qaydada quraq üçün səriştə çatışmır.Yazdığınız hər bir emaili individual hazırlayın və kompaniyanın xarakterinə uyğun tərtib edin. Başlıq  - məzmun hissədə “əməkdaşlıq təklifi” yazmayın, yoxsa məktubunuz minlərlə emailin içində itib batacaq. Sizə lazım olan sahəni və nəyə görə həmin şirkəti seçdiyinizi, paylaşdığınız oxşar dəyərləri məktubda qeyd edin.

Ən sərfəli kredit üçün müraciət et

Vacib hadisələri və tarixləri izləyin

Hər il ölkəmizdə maraqlı tədbirlər – yarışlar, festivallar, olimpiadalar, həmçinin müxtəlif şirkətlərin yubileyləri, ad günləri keçirilir. Bunlar artıq medianın diqqətini özünə çəkmək gücündədir.  Sizə sadəcə qalır həmin ərəfədə əməkdaşlıq təklif etmək və bu diqqətdən sizə mənsub olan götürmək.

Regional brendlərə müraciət edin

Sadəcə Bakıda deyil, partnyorları regionda da axtara bilərsiniz. Şəki, Qəbələ, Sumqayıt ucuz Tbilisi və ya digər regional brendlər.  Sizi maraqlandıran sektor sadəcə paytaxt və ya bir region ilə məhdudlaşırmı. Ya məhsulunuz ölkə xaricinə çıxmağa da layiqdir? Bu haqda düşünün.

Brendi yoxlayın

Hər hansı bir nəhəng brendə əməkdaşlıq etməzdən öncə, əmin olun ki, onlar  sizə maraqlı gəldiyi qədər, siz də həmin şirkət üçün maraqlı olmalısınız. Brendin reputasiyasını yoxlayın, sosial şəbəkələrdə aktivliyi təhlil edin. Yəni onlar alıcılar ilə necə ünsiyyət qurur, istifadəçilər marka haqqında şəbəkədə hansı fikirləri paylaşır. Şirkətin iflas olması və ya bazarı tərk etməsini işərə edəcək amillər varmı? Imtianlardan qorxmayın və iri brendlər ilə maraqlarınızın toqquşduğu nöqtələri axtarın. Bu göründüyü qədər çətin deyil. 

Ən sərfəli krediti almaq üçün müraciət et