Pandemiya dövründə tikinti materiallarının istehsalı azalıb | Banco.az

Pandemiya dövründə tikinti materiallarının istehsalı azalıb

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 426,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 19,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5 faiz artmış, sementin istehsalı 2,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 faiz, tikinti əhənginin istehsalı 37,6 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 38,6 faiz, asfaltın istehsalı 44,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 56,7 faiz azalıb.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et