Pandemiya dövründə çətin günlərdən keçən dünya turizmi sürətlə bərpa olunur | Banco.az

Pandemiya dövründə çətin günlərdən keçən dünya turizmi sürətlə bərpa olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sabah, yəni 27 sentyabr “Dünya turizm günü”dür.

Banco.az xəbər verir ki, turizm sektoru 2023-cü ilin əvvəlindən bəri beynəlxalq səyahətə çıxan təxminən 700 milyon ziyarətçi sayına çatmaqla pandemiyadan sonra sürətlə bərpa olunmağa davam edir. 

Bu il beynəlxalq turistlərin sayı ötən illə müqayisədə 43 faiz artım göstərib.

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Turizm Təşkilatının (ÜTT) 1979-cu ildə İspaniyanın Torremolinos şəhərində keçirilən iclasında qəbul etdiyi qərarla 1980-ci ildən etibarən hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” kimi qeyd olunur.

ÜTT və Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) hesabatlarından toplanan məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Yaxın Şərq, Avropa və Afrikaya səfər edən turistlərin sayının yenidən artması ilə dünya turizmi Kovid-19-dan əvvəlki səviyyənin 84 faizinə çatıb.

ÜTT tərəfindən hazırlanan “Turizm Barometri”nə görə, 2023-cü ilin ilk 7 ayında təxminən 700 milyon turist beynəlxalq səfərlər edib. İyul ayı 145 milyon beynəlxalq turistlə 2023-cü ilin ən işlək ayı olub. Bu rəqəm 2023-cü il üzrə turistlərin ümumi sayının təxminən beşdə birinə uyğundur.

Ən sərfəli kredit üçün müraciət et

Yaxın Şərq bu ilin əvvəlindən bəri ən çox turist qəbul edən bölgə olub. Region ölkələrinə səyahət edən turistlərin sayı 20 faiz artaraq Kovid-19-dan əvvəlki səviyyələri keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et