Palata kredit faizlərində yuxarı hədd müəyyən edəcək - QANUN DƏYİŞİR | Banco.az

Palata kredit faizlərində yuxarı hədd müəyyən edəcək - QANUN DƏYİŞİR

“Banklar haqqında” qanuna 36.6-1-ci maddə əlavə edilir.

Əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən edilir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək bildirib ki, “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara daha aşağı faizlə güzəştli kreditlər veriləcək. Dəyişiklik banklar arasında da ədalətli rəqabət mühiti yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et