Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR | Banco.az

Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR

31 oktyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 690.2 milyon manat, kredit portfeli 11 milyard 889.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 518.2 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata görə, sektorun balans kapitalı 4,172 mln. manat olub.

2018-ci ilin oktyabr ayı ərzində bank sektorunun aktivləri 1.7% (488.4  milyon manat), öhdəlikləri 1.7% (429.2 milyon manat), balans kapitalı isə 1.4% (59.2  milyon manat) artıb.

Oktyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (551.6 mln. manat) artım olub.

Hesabat tarixinə fiziki şəxslərin əmanətləri 8 milyard 57.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 10 ayında fiziki şəxslərin əmanətləri 6.8% artıb.

Bank sektoru cari ilin 10 ayı ərzində 581.8 manat manat əməliyyat mənfəəti, 238 milyon manat xalis mənfəət generasiya edib.

Ən sərfəli kredit üçün müraciət et

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 140, ATM-lərin sayı 2 492 olub. Bank  sektorunun  işçi  heyəti  oktyabr  ayında  0.8% (145 nəfər) artaraq

17 211  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 10 ayında bank sektorunda çalışanların sayı 6.4% (1 040 nəfər) artıb.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et