Özünə inam və möhkəm iradəlilik: Amazonun CEO-su Jeff Bezosun ilhamverici hekayəsi | Banco.az

Özünə inam və möhkəm iradəlilik: Amazonun CEO-su Jeff Bezosun ilhamverici hekayəsi

Forbesin lideri, dünyanın ən zəngin insanı, rəqəmsal dövrün qurucusu və çox çalışan bir tələbə. Jeff Bezos həyatda heç bir şeyin asan olmayacağını, hədəflərə çatmaq üçün çox çalışmaq lazım olduğunu və risk almaq gərəkdiyini bildirir. Rahat bir həyat yaşayarkən, bir anda bütün rahatlığı əli ilə itələyib , rəqəmsal dünyanın əfsanəsi olan Bezosu daha yaxından tanıyaq. 

Çox maraqlı bir uşaqlıq keçirib Bezos, özü müsahibəsində deyir ki, həmişə kosmonavt olmaq istəmişəm, kosmosa getmək barədə xəyyallar qurmuşam. 

Öz atasının kim olduğunu isə heç vaxt bilməyib. Anası və ögey atası Mike Bezos tərəfindən böyüdülüb.

Anası və ögey atası Jeffin dünyaya qarşı çox böyük bir maraq bəslədiyini və onun özəl bir uşaq olduğunu deyir. Hətta 3 yaşındaykən, normal bir yataqda yatmaq üçün gecə-gündüz ağlayan Jeffi  ailəsi öz beşiyindən ayırmışdı.

Jeff litseydə o qədər çox çalışqan idi ki, özünü inəyə bənzədirdi.  Bu qədər çox çalışmağının nəticəsi Princetonda mühəndislik və kompüter elmlərindən məzun olmasına gətirib çıxardı.

Wall Streetdə çalışmağa başlayaraq kariyerasında yüksələrək baş vitse-prezident oldu.Bir gün qəzet oxuyanda texnologiyanın 2300% yüksəldiyi barədə xəbər gördü, bu texnologiyaya marağının artmasına səbəb oldu.  Anidən qərar verib, texnologiya sahəsində çalışacağını beyninə qoydu və bu böyük kariyera yoluna başladı. 

İş həyatında ən önəmli məsələ irəli getməkdir. Etməniz lazım olan əsas məsələ həmişə gələcəyi təxmin edib, planları onun üzərinə qurmaqdır.

Uğur qazanma şansının 30% olduğunu bilsə də, öz rahat işindən ayrılaraq dostlarından borc aldı və öz işini qurdu. Ətrafındakı insanlar Jeffin özünə inanırdılar, uğur qzanma ehtimalı az olan biznes planına deyil. Buna görə də ona investisiya etdilər. 

Ən sərfəli kredit üçün müraciət et

Uğur qazanmasam belə, peşman olmazdım. Bacarmasıydım, bu ən böyük peşmanlığım olacaqdı. Mən isə peşman olmaq istəmirdim. 

Həyat yoldaşı ilə Seattla köçdü və qarajında amazon.com adlı internet saytını qurdu.  Bir kitab qurdu olduğu üçün əvvəlcə kitab satmağı qərara aldı. Düşünürdü ki, kitab sataraq uğur qazanacaq. 

Çətin işləri görərsəniz uğur qazanma ehtimalınız daha çox olar. 

Gözləntilərin az olmasına rəğmən Amazon ilk ilindəcə dünyanın hər bir yanından sifarişlər almaya başlamışdı. Bir il içərisində Amazon dünyanın ən böyük kitab satıcısına çevrilmişdi. 

Dot.com krizisi ortaya çıxdıqda analitiklər amazonun yox olacağını təxmin edirdilər. Jeff isə Amazona inanırdı, risk alaraq məhsul və xidmətlərin sayını iki qatına çıxartdı. E-kitab oxuyucusu, cloud xidməti, video yayını kimi işlər gördü. Düzdü o dövrdə bu böyük risk idi, amma bacarmışdı.

Və Amazon dünyanın ən böyük internet şirkəti oldu, hər il milyardlarla məhsul satmağa davam etdi.

Hazırda o dünyanın ən yaxşısıdır, 112 milyardlıq sərvəti ilə 2018-ci ilin ən varlı şəxsidir. 

Bizi biz edən, etdiyimiz seçimlərdir. Çalışın öz hekayənizi özünüz yazın.

Ən sərfəli krediti almaq üçün müraciət et