OPEC anlaşması tədricən sona çata bilər | Banco.az

OPEC anlaşması tədricən sona çata bilər

OPEC və ona üzv olmayan ölkələrin neft hasilatını azaltması barədə anlaşmadan yumşaq şəkildə ayrılması lazımdır və bu ideya anlaşma iştirakçısı olan bəzi ölkələr tərəfindən dəstəklənir. 

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Rusiyanın "Interfax" agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, bu məsələ iyulun 24-də keçiriləcək neft hasilatçısı ölkələri neft nazirlərinin iclasında müzakirə edilə bilər.

"Neftin son günlərdə ucuzlaşmasına baxmayaraq,  hesab edirik ki, OPEC anlaşması effektivdir. Dünya neft ehtiyatlarının tədricən azaldığı müşahidə olunur. Ona görə də 25 may anlaşmasının parametrlərindən kənara çıxmağa lüzum görmürük", - A.Novak əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyalı nazir bildirib ki, qısamüddətli dalğalanmalara reaksiyanın verilməsi neft bazarına yanlış siqnallar ötürə bilər.

Qeyd edək ki, OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşması 2018-ci il martın 31-dək qüvvədədir. Anlaşmanın məqsədi dünya neft ehtiyatlarını 5 illik orta səviyyəyə çatdırmaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et