Onun zəkası ən böyük sərvətidir (Bill Qeyts - I hissə) | Banco.az

Onun zəkası ən böyük sərvətidir (Bill Qeyts - I hissə)

Bill Qeyts və Microsoft

Həyatı: Bill Qeyts 1955-ci ildə Vaşinqtonda (Sietl) doğulmuşdur. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənir. Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib.

Bill Qeyts və Microsoft 

Bill Qeyts fərdi kompüter inqilabının ən məşhur səbəbkarlarından biridir. İndiki məşhur sahibkarı uğura aparan yol öz başlanğıcını məktəb illərindən götürüb. Hələ məktəbdə oxuyarkən bəzi dərslərdə iştirak etməyən Bill hamıdan gizli kompüter otağına gedib, orada kompüterlərlə maraqlanarmış. Beləcə o, proqram təminatı kodeksini mükəmməl öyrənmişdi. Məhz bunun sayəsində Bill ilk kiçik proqramını da yazmışdı. Onun bu bacarığı ətrafındakı hər kəsi heyran qoyurdu. Buna baxmayaraq, Bill daha çox öyrənmək və bilmək istəyirdi. Sietldə kiçik bir firma ilə razılığa gələn Bill, onlara edəcəyi köməyin müqabilində daha çox məlumat əldə etmək imkanı qazanır. Müəyyən bir müddət bu kiçik ofisdə çalışan Qeyts proqramçıların heç də hər şeyi ona öyrətmədiyini anlayır və oradan uzaqlaşır.

Yayılan məlumatlara görə, bu hadisədən sonra Bill Qeyts ötən əsrin 70-ci illərində ilk kompüteri istehsal etmək üçün dostu ilə birlikdə öz maşınını satıb, 700 dollar da borc alıb. Beləliklə, 1200 dollara iki kompüter istehsal olunub. Cəmi 10 ildən sonra isə 2 milyard dollar gəlir əldə edilib. Hətta öz biznesini böyütmək üçün Billin yaxın dostu Poll Allenlə poker oynadığı, qazandıqları pulu kompüter avadanlıqları istehsalına yönəltdiyi barədə məlumatlar da gəzir.

Onun həyatı barədə məlumatların yer aldığı mənbələrdə 1975-ci ildə Qeytsin uşaqlıq dostu Pol Allen ilə Microsoftu formalaşdırmaq üçün Harvard Universitetini tərk etdiyi də qeyd edilir. Bununla belə, Harvard Qeytsin gələcək karyerasında mühüm rol oynayıb. Belə ki, o, məhz Harvardda Microsoftun baş icraçı direktoru Stiv Ballmerlə qarşılaşıb. Eyni zamanda, hesablama maşınları nəzəriyyəsi və sistemləri sahəsində mütəxəssis kimi məşhur olan Kristos Papadimitriou ilə də Harvardda tanış olub.

Harvardı tərk etməkdə Poll Allenlə Bill Qeytsin məqsədi fərdi kompüter bazarında proqram təminatını inkişaf etdirmək idi. Beləliklə, onlar kiçik və əzmli addımlarla uğura uzanan yolda birgə addımlayırlar.

Personal kompüterlər üçün lazım olan əməliyyat sistemi Qari Kildall tərəfindən rədd edildikdən sonra İBM Bill Qeytsə üz tutur. Elə gənc istedad üçün də ilk fürsət yaranır. Belə ki, Bill Seattle Computer Products şirkətindən DOS sistemini satın alır və Seattle Computer Productsda işləyən, DOSun proqramçılarından biri olan Tim Patersonu öz şirkətinə gətirir. Beləcə, gərgin zəhmət hesabına yaradılan DOS sistemi İBM şirkətinə MS-DOS adı altında satılır. MS-DOS sistemi 120 milyon nüsxə satılmaqla satış rekordu qırır.

1975-ci ilin 1 fevral tarixində Bill Qeyts və Pol Allen fərdi kompüterlər üçün ilk proqram olan BASIC-i ilk müştərilərinə, yəni MITS kompaniyasına satırlar. Elə həmin ilin martında Pol Allen MITS firmasında proqram təminatı üzrə direktor vəzifəsində fəaliyyətə baslayır. İyulda Microsoft BASIC-in rəsmi satışına başlayır.

1976-cı ildə Bill Qeyts kompüter piratçılığı ilə bağlı fikri ortaya atan ilk proqramçı olur. Yaxın dostu Pol Allenin 1976-cı ilin noyabrında MITS-i tərk edərək Microsoft komandasına qoşulması Bill üçün uğurlu başlanğıc olur.

Noyabrın 26-sı isə Qeyts üçün xüsusilə önəmli bir təqvimdir. Belə ki, Nyu-Meksiko ştatının katibliyinin ofisində "Microsoft" ticarət markası kimi qeydiyyatdan keçir.

1977-ci ildə artıq Microsoft-un illik satışı 1 mln. dolları ötüb keçir.

1980-ci ildə isə, Microsoft Stiv Balmeri şirkətə cəlb etməklə növbəti uğuruna imza atır.

1981-ci il iyunun 25-i Bill Qeyts Microsoft sirkətinin prezidenti və idarə heyətinin sədri, Pol Allen isə icraçı vitse-prezident vəzifəsinə təyin olunur.

Microsoft Microsoft inc aksioner cəmiyyəti kimi Vasinqton ştatında qeydiyyatdan keçir. Eyni ildə IBM Microsoft firmasının 16-bitlik MS-DOS 1.0 əməliyyat sistemi və bununla bərabər Microsoft BASIC, Microsoft COBOL, Microsoft Pascal və Microsoft-un başqa məhsullarından istifadə olunmus "fərdi kompüter"ini bazara cıxarır.

Ən sərfəli kredit üçün müraciət et

1982-ci ildə Microsoft Microsoft Mouseni satışa buraxır. 29 sentyabrda isə Microsoft Windows-un ilk buraxılışı iki il sonra 1985-ci ildə gerçəkləşir.

Həmin ildə Microsoft öz 10 illiyini 140 milyonluq illik gəliri ilə bayram edir.

1989-cu ildə isə, Microsoft kompakt diskdə Macintosh əməliyyat sistemi üçün Office proqramlar paketi buraxır.

Bill Qeyts 2000-ci ilin yanvarında Microsoft-un baş icraçı direktoru kimi istefa verir. 2008-ci ildən etibarən isə, o, kompaniyanın icraçı şəxs olmayan sədri kimi Microsoft-da qalır.

Maraqlı insan



1986-cı ilə qədər viruslar proqramçıların zərərsiz proqramları idi. Artıq bəzi proqramçılar tərəfindən zərərli kodlar və dağıdıcı təsirə malik proqramlar yazılırdı. Bundan sonra hərbi qüvvələr viruslarla maraqlanmağa başladılar. 1987-ci ilin payızında Amerika universitetlərinin birindən hərbçilərin təklifinə əsasən əməliyyat disklərini yoluxduran və özünü köçürüb digər disklərə yoluxan bir virus yazıb buraxmışdılar. Bu virus gizli saxlanmasına baxmayaraq, Bill Qeyts onu axtarıb tapmışdı. Həmin vaxtlarda o, Apple Macintoshla da rəqabət aparırdı. Onun şirkətində çalışan proqramçılar Apple kompüterlərinə ziyan vuran həmin virusu modifikasiya edib, "Scores"i yaratmışdılar. Qələbə ab-havasında olan Bill Qeyts öz komandası ilə ikinci virus MacMag-ı yaratmışdır.

Bill fenomeni həm də maraqlı hadisələrlə xarakterizə edilir. Deyilənə görə, uşaqlıqda yoldaşları Bill Qeytsi "CON" (Botanik) deyə çağırırmışlar. Buna görə də Bill Windows sistemində hər hansı bir fayl, qovluğa "CON" adının qoyulmasını qadağan edib. Belə ki, bu adda hər hansı bir faylın və ya qovluğun adı dərhal dəyişir. Hazırda, hətta internet səhifələrindən belə masa üstünə şəkil və ya hansısa bir fayl endirdikdə onun adını "CON" qoymaq olmur.

Məşhur "Forbes" jurnalının hesabatlarına görə, "Microsoft" korporasiyasının yaradıcısı Bill Qeyts uzun illər ABŞ-ın ən varlı adamı kimi tanınıb. Maraqlıdır ki, şəxsiyyəti ilə daim gündəmdə olan Bill varidatına görə də, daim diqqət mərkəzindədir. Daim onun sərvəti ilə bağlı müzakirə aparılır, varlı olmaq üçün atdığı addımlar barədə dialoqlar qurulur, təxmini və maraqlı hesablamalar aparılır. Belə hesablamalardan birinə görə, Bill Qeyts 1 il ərzində saniyədə 250$ qazanır. Deyilənə görə, o yer üzündəki hər kəsə 15$ borc versə yenə də cibində 5 milyon $ pul qalar. Maykl Cordan ABŞ-ın ən çox pul qazanan idmançısıdır, buna baxmayaraq, o heç bir şey yeyib içməsə və illik qazancı 30 milyon $ olsa yenə də onun Bill Qeyts qədər zəngin ola bilməsi ücün 277 il gözləməsi lazımdır. Bill bir ölkə olsaydı dünyanın ən zəngin 37-ci ölkəsi olardı. Bill Qeyts indi 55 yaşındadır, onun 35 il daha yaşadığını düşünsək, ölmədən əvvəl bütün pulunu xərcləməsi üçün bu gündən etibarən hər il 6.78 milyon dollar pul xərcləməsi lazımdır. Ən maraqlısı isə odur ki, əgər hər bir Windows istifadəçisi kompüterinin pozulduğunu əsas gətirərək hər qıfıllanmada Microsofta 1$-lıq təzminat iddiası açsa, Bill Qeyts 3 ildə müflisləşə bilər. 

İnformasiya texnologiyalarının yaradıcısı övladlarına texnologiyalardan istifadə etmək üçün müəyyən qadağalar qoyub

Bir qədər əvvəl qəhrəmanım haqqında mətbuatda maraqlı bir xəbər dolaşmaqda idi. Deyilənə görə, «Microsoft»un banisi və adı kompüter erasının rəmzinə çevrilən Bill Qeyts uşaqlarına lüzum olmadan kompüterdən istifadə etməyi qadağan edib. Ottavada keçirilən kiçik işgüzar müşavirədə Qeyts deyib ki, onun uşaqlarına iş günləri 45 dəqiqə, istirahət günləri isə 1 saat «ekran vaxtı» ayrılır. Məlum olub ki, «Microsoft»un rəhbərinin on yaşlı böyük qızı kompüterlə maraqlanmayıb. Amma, bütün şagirdlərin mini-kompüterdən fasiləsiz istifadə etdiyi məktəbə keçəndən sonra o da kompüterə məftun olub: «O, buna çox aludə olub, xüsusən çoxlu kompüter oyunları tapıb...» Qız virtual dünyaya dalıb və hər gün bu məşğuliyyətə iki-üç saat vaxt sərf edir. Ona görə də Bill Qeyts həyat yoldaşı Melinda ilə birlikdə uşaqlar üçün «komendant saatı» tətbiq etməyi qərarlaşdırıb.

İstisna deyil ki, məhz «Microsoft»un rəhbərinin şəxsi təcrübəsi şirkətin valideynlər üçün yeni məhsul işləyib hazırlamasına əsas olub. Yeni proqram valideynlərə təkcə veb-saytlara nəzarət etmək yox, həm də uşaqlarının IJQ proqramı da daxil olmaqla bütün mümkün «messengerlər»lə məktublaşmalarını yoxlamaq imkanı verir.

Mənbə: kayzen.az

Ən sərfəli krediti almaq üçün müraciət et