Onlayn ticarətin məşğulluq üzərindəki təsiri nədən ibarətdir? | Banco.az

Onlayn ticarətin məşğulluq üzərindəki təsiri nədən ibarətdir?

E-ticarət bir iqtisadi vasitə olmaqdan əlavə sosial, mədəni və siyasi sahələrə də sirayət edir. Onlayn ticarətin məşğulluq üzərindəki təsirinə gəldikdə isə e-ticarət müəssisələrin səmərəliliyini artırdığı üçün, o cümlədən, məhsul və xidmətlərə olan tələb artdığı üçün mütəmadi yeni məhsul istehsalına və satışa çıxarılmasına zəmin yaranır. Dolayısıyla ixtisaslı işçi qüvvəsinə olan tələb də artır. Bazardakı canlanma yeni müəssisələrin yaranmasına və e-ticarətin infrastrukturunu, proqram təminatını, məhsul və xidmətlərin marketinqini təşkil edən sahələr üzrə yeni iş yerlərinin açılmasına səbəb olur. İşçi hər hansı bir məkana bağlı qalmadığı üçün hər hansı bir xarici ölkədəki şirkətlə də əməkdaşlıq edə bilir. Bundan əlavə, xarci şirkətlərin işçi qüvvəsinin ucuz olduğu inkişaf etməkdə olan ölkələrə transfer olması müşahidə olunur".

Bunu açıqlamasında iqtisadçı ekspert Vüsalə Əhmədova deyib.

Mütəxəssis qeyd edib ki, e-ticarət modelindən istifadə edən dövlət qurumları, müəssisələr və fərdlər özləri və təqdim etdikləri məhsul və xidmətlər barəsində bütün məlumatları qarşı tərəfə, yəni əlaqədə olduqları digər şirkətə və ya istehlakçıya onların güvənini qazanmaq üçün təqdim etmək məcburiyyətindədir: "Bu məcburiyyət isə dolayısıyla iqtisadi və ticari fəaliyyətlərin şəffaflaşmasına gətirib çıxaran amildir. Beləcə e-ticarət modelində məhsul istehsalından başlayaraq, marketinq və tədarükədək hər mərhələ təftiş olunur və nəticədə “qara bazar” anlayışı ortadan qalxmış olur. Keçmişdən günümüzədək hər yeni texnologiya hər zaman sosial dəyişikliklərə səbəb olub. Necə ki, sənaye inqilabı nəticəsində fabriklərin ortaya çıxması və mexanikləşmə o zamankı cəmiyyətin sosial həyatına təsir etdisə, hazırda da e-ticarət sosial həyata öz təsirini göstərməkdədir. Texnoloji inkişaf və yeni kəşflər toplumun inkişafı ilə əsasən düz mütənasibdir. Bu gün e-ticarət modelinin tətbiqi cəmiyyətə yeni sosial, mədəni, demokratik imkanlar verməkdədir. Dolayısıyla e-ticarət modeli dövlətin sosial siyasətinə təsir etməkdə, yeni qanunların yaradılmasını təşviq etməkdədir".

Ən sərfəli kredit üçün müraciət et

"E-ticarətin yayılmasının istər ölkə, istərsə də beyənəlxalq miqyasda siyasi təsirləri kifayət qədərdir. Bu gün inkişaf etməkdə olan ölkələr informasiya texnologiyalarına böyük investisiyalar qoyaraq və elektron ticarətin istifadəsini çoxaltmaqla beynəlxalq arenada iqtisadi və siyasi rəqabət imkanlarını artırmağı, iqtisadi və siyasi qərarların alınmasında söz sahibi olmağı hədəf seçir. Ölkə miqyasında isə e-ticarət ənənəvi dövlət quruluşundan elektron dövlət quruluşuna keçidə, idarəetmədə şəffaflığa, bürokratiyanın aradan qaxmasına, demokratiyaya təkan verir. E-ticarət modeli sayəsində dövlətin təşkil etdiyi tenderlər və bir çox başqa iqtisadi fəaliyyətlərin onlayn həyata keçirilməsi dövlətdə şəffaflaşmaya gətirib çıxaran ən önəmli vasitədir",- deyə Vüsalə Əhmədova vurğulayıb.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et