“Onlayn ticarət” bu peşələrin sahiblərinin ulduzunu parlatdı | Banco.az

“Onlayn ticarət” bu peşələrin sahiblərinin ulduzunu parlatdı

Artıq neçə illərdir ki, dünyanın harasında olmağımızdan asılı olmayaraq, əzizlərimizlə danışa, məktublaşa bilirik. Həmçinin internet vasitəsilə iş görüşmələri edə, müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarında distan formada da olsa, təhsil ala bilirik.

“Onlayn ticarət” sahəsinin formalaşması insanların alış-veriş işinin xeyli asanlaşmasına səbəb olub. İnternetin bizlərə verdiyi bu xidmət sahəsində istədiyimiz əşyanı həm alış, həm də satış işini daha rahat və sürətlə həyata keçirə bilirik. Onlayn alış-verişə insanların günü-gündən artan marağı bu sahə ilə əlaqəli bəzi peşə sahələrinin formalaşmasına və sürətlə inkişaf etməsinə səbəb olub. Açığı, hazırda elə insan yoxdur ki, özü və ya tanıdığı kimsə onlayn aliş-verişdən faydalanmasın. Statistik məlumatlar göstərir ki, son 6 ay ərzində onlayn alış-veriş sahəsindəki iş imkanları 150% artıb. Sözügedən ticarət sahəsinin formalaşması yeni iş sahələrinin ortaya, bəzi peşə sahələrinin isə önə çıxmasına səbəb olub. Son zamanlar ulduzu parıldayan  peşə sahələrinə ERP (Enterprise Resource Planging), “Ayfon” (”iPhone”), “Android”, “BləkBeri” (”BlackBerry”), “Aypəd” (”iPad”) və “Vindous 8”  (”Windows 8”) üçün proqram yazan, proqram təkmilləşdirməsi, rəqəmsal satış işinin təşkili, animasiya və vizual dizayn və HTML (Hyper Text Markup Language) CSS (Cascading Style Sheet) üzrə mütəxəssislərə böyük ehtiyac formalaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

xezerxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et