On yeddi il sonra kəndə qayıtdı - İndi MİLYONLAR QAZANIR | Banco.az

On yeddi il sonra kəndə qayıtdı - İndi MİLYONLAR QAZANIR

Tarixin keçmiş dövrlərindən bu günə qədər insanlar nəzəri biliklərini formalaşdırmaq üçün bağçalara, orta məktəblərə, liseylərə, universitetlərə və ya digər elmi-mədəni sistemlərə əsaslanan yerlərə üz tuturlar. Məqsəd mövcud dünyagörüşünü zənginləşdirərək, praktiki təcrübələrə zəmin yaratmaqdır. Yəni, insanlar beyinlərində xəyalən təsvir etdikləri həyatı yaşamaq üçün ilk öncə təhsil almağa, düşüncələrini elmi nəzəriyyələr əsasında formalaşdırmağa çalışırlar. Daha sonra isə fərdlərin təkmilləşdirmiş olduğu əqli mülkiyyəti müxtəlif xidmətlər, predmentlər üzərində tətbiq edərək lazımi nəticəni əldə etmək asanlaşır.

Banco.az xəbər verir ki, Türkiyədə yaşayan ailə də 12 yaşlı qızının məhz təhsilini inkişaf etdirmək üçün kənddən İstanbula köçür. Kaya adlı qız tam on yeddi il sonra yenidən bu kəndə qayıdır. Müvafiq qurumlara müraciət edərək, kənddə heyvandarlıqla məşğul olmaq üçün lazımi dəstəyi alır. Beləliklə, 31 yaşlı Kaya kənddəki 12 hektar əraziyə 5.3 milyon lirəlik investisiya qoyaraq işini qurur. Ən son texnoloji qurğuların istifadə olunduğu müəssisə gündə 200 baş iribuynuzlu heyvandan 600 litr süd istehsalını həyata keçirir. 

Ən sərfəli kredit üçün müraciət et

Kaya heyvandarlıqla məşğul olmaqdan zövq aldığını qeyd edərək, bu işə həvəsi olan bütün xanımları bərabər çalışmağa dəvət edib. O, "Qadın olmaq hansısa işi bacara bilməmək deyil, Ən azından cəhd etsinlər ki, mən tək olmadığımı görüm" deyə vurğulayıb.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et