Ölkəmizdə hansı sahəyə daha çox kredit yatırılır? (araşdırma) | Banco.az

Ölkəmizdə hansı sahəyə daha çox kredit yatırılır? (araşdırma)

Banco.az Mərkəzi Banka istinadən Sizi kredit qoyluşunun sahələr üzrə strukturu ilə tanış edir.

İlk öncə qeyd edək ki, cari ilin 10 ayı ərzində iqtisadiyyata kredit qoyuluşunun həcmi 17841,5 mln manat olmuşdur ki, onun da 5,3%-i vaxtı keçmiş kreditlərdir. Vaxtı keçmiş kreditlərin həcmi isə 943,4 mln manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata qoyulmuş kreditlərin həcmi 19%, gecikmiş kreditlərin həcmi isə 20% artmışdır.

Ötən il olduğu kimi yenə də ən çox kredit ev təsərrüfatlarına verilib, onların həcmi  ötən ilin analoji dövrü ilə müqayisədə 25% arataraq, 7383,8 mln manata çatmışdır. Ev təsərrüfatlarına verilən kreditlərin real sektordakı xüsusi çəkisi isə 39,3%-dən 41,4%-ə yüksəlmişdir.

Ticarət və xidmət sektoruna yatırılan kreditlərin həcmi 14% artsa da, onların real sektordakı xüsusi çəkisi 14,9-dan 14,2-yə enmişdir.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna yatırımlaırn həcmi 28% azalaraq, 220,6 mln manat təşkil etmişdir. Onların real sektordakı xüsusi çəkisi isə 2,1-dən 1,2% enmişdir.

Kənd təsərrüfatı və emal sahəsinə yatırımların həcmi 13% artaraq, 817,7 mln-a çatmışdır. Buna baxmayaraq, bu sahəyə verilən kreditlərin real sektordakı xüsusi çəkisi 4,8%-dən 4,6%-ə enmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İnşaat və əmlak sektoruna edilən yatırımlarda 6%, Sənaye və istehsal sektorunun kreditləşməsində isə 42% artmım qeydə alınıb. Sözü gedən sahələrin kreditləşmədəki xüsusi çəkisi müvafiq olaraq, 13,8 və 11,6% olmuşdur.

Nəqliyyat və Rabitə sektoruna yatırılan kreditlərin həcmi isə 14% artmış, xüsusi çəkisi 3,3%-dən 3,25-ə enmişdir.

İpoteka da daxil olmaqla əmlakın tikintisinə və alınmasına görə verilən kreditlərin həcmi 25% artmış, xüsusi çəkisi isə 5,5-dən 5,8%-ə yüksəlmişdir.

Ətraflı şəkildə isə diaqramlarda izləyə bilərsiniz. 

Real sektora kredit qoyuluşunun sahələr üzrə artım dinamikası

Həmin sahələrə kredit qoyuluşunun real sektordakı  xüsusi çəkisinin dəyişim dinamikası  

Kredit qoyuluşunun sahələr üzrə stukturu

Ən sərfəli krediti almaq üçün müraciət et