Ölkəmizdə dollarlaşma səviyyəsi səngiyib | Banco.az

Ölkəmizdə dollarlaşma səviyyəsi səngiyib

“2016-cı ilin yekunlarına baxdıqda biz bank sektorunda bir sıra problemlərin artıq stabilləşdiyini söyləyə bilərik”.

Bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlı bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, banklarda qeyri-işlək aktivlər artıq ötən ilin ortasından sabitləşib və ilin sonuna doğru bir qədər də azalma müşahidə edilib:

Ən sərfəli kredit üçün müraciət et

“İntensiv dollarlaşma prosesləri də səngiyib və ən əsası bu gün biz sistemdə kapitalsız bankları görmürük. Bu artıq bizim maliyyə sektorunun keyfiyyətcə yeni bir funksiyada aktiv maliyyə vasitəçisi kimi çalışması istiqamətində ikinci faza tədbirləri realizasiya etməyimizə əsas imkan yaradır”, - deyə o bildirib.

©Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et