Ölkələrin iqtisadi gücünü necə müəyyən etmək olar? | Banco.az

Ölkələrin iqtisadi gücünü necə müəyyən etmək olar?

Hər gün müxtəlif ölkələrin iqtisadi vəziyyəti ilə bağlı xəbərlər eşidirik: Hansısa ölkədə əmək haqqı artdı, valyuta məzənnəsi aşağı düşdü, qiymətlər yüksəldi və s. Bütün bunlar həmin ölkənin iqtisadi vəziyyətini qiymətləndirməyə əsas verirmi?

İndi isə bir ölkənin iqtisadi vəziyyətinin necə olduğunu bilmək üçün hansı göstəricilərə diqqət yetirmək lazım olduğunu birlikdə öyrənək.

1. Adambaşına düşən ümumi daxili məhsul (GDP per capita). Ümumi daxili məhsul ölkə sərhədləri daxilində müəyyən müddət ərzində istehsal olunan son məhsul və xidmətlərin bazar dəyərlərinin cəmidir. Bəzən bunu ümumi buraxılış da adlandırırlar. Adambaşına düşən ümumi daxili məhsul isə həmin istehsal olunmuş məhsul və xidmıtlırin ümumi bazar dəyərinin ölkə əhalisinə olan nisbətidir. Bəs nə üçün iqtisadi vəziyyəti bilmək üçün ümumi istehsala deyil, məhz ümumi istehsalın əhalinin sayına nisbətinə diqqət yetirmliyik? Çünki ölkə əhalisinin sayındakı fərqliliklər ümumi rəqəmlərdə bizləri yanılda bilər. Real rəqəmlər üzərində bunları aydınlaşdıraq. Məsələn dünya üzrə məhsul buraxılışı üzrə ABŞ 19390.60 milyard dollarlıq ÜDM-lə 1-ci yeri tutur.Bu göstəricinin ABŞ-da adam başına düşən hissəsi isə 53128.54 dollardır. Çin isə 12237.70 milyard dollarla ilk yerlərdən birini tutsa da, adam başına bu göstərici 7329.09 dollar təşkil edir. İsveçin göstəricilərinə baxdıqda isə, baxmayaraq ki, həm Çin, həm ABŞ-dan ümumi məhsul buraxılışına görə təxminən 3-4 dəfə azdır,yəni 538.04 milyar dollardır, lakin əhalinin hər nəfərinə 56935.19 dollar düşür. Bu isə digər iki ölkənin göstəricilərdən çox olduğunu göstərir. Göstərilən nümunələr yuxarıda qeyd olunanları aydın şəkildə əsaslandırır.

Image result for gdp

2. İşsizlik dərəcəsi (Unemployment rate). Ölkə əhalisinin əmək qabiliyyətli hissəsi ölkənin işçi qüvvəsini təşkil edir. İşçi qüvvəsinin özü isə məşğul və işsizlərə bölünür. İşsiz əhaliyə daim iş ataranlar, yeni iş yerlərini tərk edənlər aiddir. İş axtarmaqda ümidsiz olub axtamağı dayandıranlar isə işsiz sayılmır. İşsizlik müxtəlif səbəblərdən olduğundan növləri fərqləndirilir. Friksion işsizlik işçilərin işlərini müəyyən səbəbdən dəyişməsi nəticəsində yaranır (məsələn, işçi yaşayıış yerinə daha yaxın iş yeri axtarır). Struktur işsizlik iş yerlərinin olmamasından irəli gəlir (məsələn, texnikanın inkişafı nəticəsində texnikanı işlədə bilən işçilərə tələbin olması və ya yeni peşə sahiblərinə tələbin yaranması). Bündan başqa mövsümi və tsiklik işsizlik də vardır ki, mövsümi işsizlik, adətən, kənd təsərrüfatı və turizmlə bağlı, tsiklik (buna dövrü işsizlik də deyilir) ölkədə yaranmış iqtisadi vəziyyətlə bağlı yaranır ( məsələn, yeni müstəqillik əldə edən zaman Azərbaycan keçid dövrü ilə əlaqədar yaranmış işsizlik tsiklik işsizliyə aid edilir).
İşsizlik dərəcəsi işsiz əhalinin ümumi işçi qüvvəsinə nisbəti ilə ölçülür. İnkişaf etmiş ölkələrdə 2-3%, inkişaf etməkdə olan ölkələrdə isə 5-6% hədd normal qəbul edilir. Buna təbii işsizlik də deyilir. Yəni, bu həddə ölkə iqtisadiyyatı tam məşğulluq halında sayılır. Sual oluna bilər ki, əgər tam məşğulluqdursa, niyə bəs işsizlik müşahidə olunur? Cavab bundan ibarətdir ki, işsizlik iqtisadiyyatı fəaliyyəti stimullaşdıran əsas faktorlardan biridir. İşsizliyiin bu həddi olmasa yeni iş yerlərinin yaranmasına, istehsalı artırmağa heç bir maraq olmaz və ya bunun üçün lazım olan işçi qüvvəsi çatmadığından mümkün olmaz (bunun üçün xaricdən işçi qüvvəsi gətirməklə əlavə xərclər çəkilə bilər, bu da heç bir sahibkar üçün maraqlı deyil). Nümunələrə baxdıqda isə ABŞ-ın işsizlik dərəcəsi 3.6%, Çində əhalinin çox olmasına baxmayaraq işsizlik dərəcəsi aşağıdır, yəni 3.67% - dir. Lakin İsveçdə isə bu göstərici 6.2% təşkil edir. İsveç inkişaf etmiş ölkə kimi yuxarıda qeyd etdiyimiz təbii işsizlik dərəcəsini üstələməsi onun iqtisadi vəziyyətinin pis olduğundan xəbər vermir. Bu hal onun iqtisadi modelindən irəli gəldiyini desək, yanılmarıq. Bu göstəricini yüksək olmasına səbəb orada işsizlik müavinətlərinin yüksək olmasından irəli gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Image result for unemployment

3. Faiz dərəcəsi (Interest rate). Faiz dərəcəsi dedikdə, ilk ağıla gələn kommersiya banklarının təklif etdiyi kredit faizləri gəlsə də, burda biz kredit faizlərindən deyil, Mərkəzi bankların kommersiya bankları üçün tətbiq etdiyi uçot faiz dərəcəsindən bəhs edəcəyik. Kommersiya bankları öz resursunu (pulu) kredit faizi müəyyən edərək müştərilərinə təqdim edirsə, Mərkəzi banlar da emissiya etdiyi pulu uçot faiz dərəcəsi müəyyən etməklə kommersiya banklarına verir. Bəs bu uçot dərəcəsinin iqtisadiyyatda nə kimi əhəmiyyəti vardır? Uçot faiz dərəcəsi ilə kommersiya banklarının kredit faiz dərəcəsinə əsasən (öz əməliyyat xərcləri və mənfəəti nəzərə almaqla) müəyyən olunur. Uçot faiz dərəcəsinin aşağı olması kredit faizlərinin də aşağı olmasına gətirib çıxarır.  Bankların bu fəaliyyəti iqtisadiyyatda olan pul kütləsini düzgün istiqamətdə istifadəsində xüsusi rolu vardır. Belə ki, banklar pul vəsaiti olub biznes qura bilməyən və ya biznes qurmaqda maraqlı olmayan şəxsdən depozit şəklində alır, biznes qurmaqda maraqlı şəxsə yönəldir. Bununla da iqtisadiyyat öz-özünü tarazlayır.

Image result for interest rate

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et