Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 391 nəfərə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 391 nəfərə çatıb

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 28 oktyabr tarixinə vergi borcu olduğuna görə 391 şəxsin ölkədən çıxması qadağan edilib. Bununla da ölkədən çıxması qadağan olunan şəxslərin sayı 6 nəfər artıb.

Ümumilikdə bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.  

Mənbə: Apa.az