Ölkədaxili pul köçürmək üçün mobil telefon bəs edir | Banco.az

Ölkədaxili pul köçürmək üçün mobil telefon bəs edir

“Mobil Şöbə” əlavəsində ölkə üzrə pulköçürmə xidməti əlavə olundu.

Bank Respublika-nın “Mobil Şöbə” xidmətində “Vektor” ölkədaxili pulköçürmə sistemi əlavə edildi.

İndi istifadəçilər “Mobil Şöbə” üzərindən pul vəsaitlərini öz cari hesablarından və ya bank kartından yaxın və qohumlarına nağd şəkildə göndərə biləcəklər. Pulu köçürmək üçün “Vektor” bölməsinə daxil olub pulu alan şəxsin adı, soyadı, atasının adını və müvafiq məbləği qeyd etmək kifayət edir. Göndərilən məbləği bankın istənilən filialından almaq olar.

Pulu alan şəxsin “Vektor” kartı varsa vəsaiti birbaşa həmin karta da dərhal köçürmək mümkündür. Karta köçürülən məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq.    

Ən sərfəli kredit üçün müraciət et

Xatırladırıq ki, “Mobil Şöbə” əlavəsini aşağıdakı linklərə keçid etməklə PlayMarket və AppStore-dan yükləmək olar.

iOS - https://appsto.re/az/7jeFbb.i

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

Ən sərfəli krediti almaq üçün müraciət et