Ölkə əhalisi bu il apteklərdə nə qədər pul xərcləyib? | Banco.az

Ölkə əhalisi bu il apteklərdə nə qədər pul xərcləyib?

Bu ilin yanvar-iyun aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 319,6 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,5% artıb. Təkcə ötən ay əhaliyə 56,7 mln. həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da may ayı ilə müqayisədə 5,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et