Ödəniş sistemini necə seçməli? | Banco.az

Ödəniş sistemini necə seçməli?

Bütün dünyada ən çox istifadə edilən başlıca ödəniş sistemləri Visa,  MasterCard, American Express və Diners Club-dur. Bunlardan ən geniş yayılan Visa hesab edilir, dünyada istifadə edilən ödəniş kartlarının 57%-i onun payına düşür. Dünyanın 200-dən çox ölkəsində pərakəndə satış məntəqələrində Visa kartlarından istifadə edilir. Azərbaycanda isə 3,14 milyondan artıq Visa kartı dövriyyədədir.  

               Visanın əsas rəqibi – bu MasterCard ödəniş sistemidir. Dünya xəritəsinin təxminən 26%-i onun payına düşür. Bu sistem dünyanın 210 ölkəsində 22 min bankı birləşdirir. MasterCard kartları dünyada 29 milyondan çox satış məntəqəsində qəbul edilir. Hazırda son statistikaya əsasən ölkəmizdə 2,01 milyon MasterCard dövriyyədir.

               Bu iki ödəniş sisteminin geniş şəbəkəsini nəzərə alsaq, onların Azərbaycan bazarının böyük bir hissəsini əhatə etməsi heç də təəccüblü deyil.Bundan başqa kartın növündən asılı olaraq o sahiblərinə xüsusi imtiyazlar bəxş edə bilər:Otel sifarişi, restoran və mağazalarda kartla ödəniş zamanı endirim və hədiyyələr və s.

               Bu ödəniş sistemlərinin xidmətləri və tarifləri demək olar ki oxşardır, lakin hesablamalarda cüzi fərqlər mövcuddur. Belə ki Visa əməliyyatları dollarla həyata keçirir, əgər siz Avropadasınızsa və avro ilə ödəniş etmək istəyirsinizsə əvvəlcə manat dollara konvertasiya ediləcək və bundan sonra avroya çevriləcək.Bu transfer nəticəsində 1-4% itki baş verə bilər.Onun rəqibi – MasterCard isə pulu dərhal (bir başa) lazımi valyutaya çevirir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər American Express haqqında danışsaq,onun əhatə dairəsi əsas rəqibləri (Visa və MasterCard) kimi geniş deyil. Lakin o da geniş miqyaslı əlavə xidmətlər təklif edir: Müəyyən edilmiş otellərdə endirimli otaqlar, aviabiletlərə xüsusi qiymətlər, arzuolunmaz hallardan avtomatik sığortalanma və s. Dövriyyədə olan American Express kartlarının sayı 4 317-dir

Bundan əlavə, American Expressin Üzvlük Mükafatları adlı maraqlı bonus proqramları mövcuddur. Bu bonus proqramı hər sərf edilən dollara görə xal qazandırır, hansıki  bu xallar pulla əvəz edilə və xidmətlərdən istifadəyə sərf edilə bilər.             

Diners Club bir növ klub kartlarını təmsil edir. Bu plastik kartlar insanlar üçün başqa ölkələrə mütəmadi səyahətlər zamanı əvəzedilməzdir. Bu sistemin eksklüziv xidmətlərinə sığortanın müxtəlif növləri, biznes səyahətlərinin təşkili proqramları, mal və xidmətlərin əldə edilməsi zamanı güzəştlər (nəqliyyat ,mehmanxana, restoran, avtomobil icarəsi), dünyanın böyük hava limanlarının VİP zallarına çıxış və s.) daxildir. Hazırda ölkəmizdə bu kartlar dövriyyədə deyil.             

Yuxarıdakı qiymətləndirmələr nəticəsində çox asanlıqla müəyyən etmək olar ki, gündəlik istifadə üçün Visa və ya MasterCard-ı seçmək daha məqsədəuyğundur, qalanları xüsusi hallarda və xüsusi kateqoriyalı vətəndaşlar üçün daha tövsiyə olunandır

Fidan Quluzadə & Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et