Növbəti sosial evlər satışa çıxarılır | Banco.az

Növbəti sosial evlər satışa çıxarılır

Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. MİDA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə (yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin edən vətəndaşlar), həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Bununla əlaqədar mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu davam etdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası"nda edilmiş dəyişikliklərə uyğun olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

  • ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;
  • agent bankdan aldığı ilkin razılıq qərarının "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et