Bir çox mütəxəssislər bildirirlər ki, məhz “iPhone X” bu nəsildən olan smartfonların satışında partlayış yaradacaq və yeni rekord qeydə alınacaq.
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, ancaq “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuo (Ming-Chi Kuo) hesab edir ki, “Apple” üçün əsl “super dövrə” gələn il buraxılacaq növbəti smartfonun istifadəyə verilməsi ilə başlayacaq.
O bildirib ki, hələlik “iPhone X”in istehsalında mövcud olan problemlər gələn il aradan qaldırılacaq. Analitik əlavə edib ki, bu smartfonların tədarükü 2018-ci ilin birinci yarısında artacaq.
Bundan başqa, yeni “iPhone” smartfonları “iPhone X”dən daha uzun müddət satışda olacaq. Çünki 2018-ci ilin sentyabr ayında satışa çıxarılacaq. Bununla belə, onlar “iPhone X”-in bütün üstünlüklərinin saxlayacaq və daha müəyyən yeniliklər əldə edəcəklər.
Nəticədə “KGI Securities” hesab edir ki, bu il “iPhone”un tədarükləri 210-220 milyon ədəd təşkil edəcək. Gələn il isə bu rəqəm 245-255 milyon ədəd smartfon olacaq.