Notlar və onların pul bazarında rolu | Banco.az

Notlar və onların pul bazarında rolu

Mərkəzi  Bankın notları bazarın likvidliyini təmin etmək və əməliyyat hədəflərini gerçəkləşdirmək üçün dövriyyəyə buraxılan dövlət qiymətli kağızlarıdır. Bu notlar qısamüddətli olub Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə buraxılır.

Formasına görə isə adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Bu alət dövriyyədə olan pul kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti alətidir.

Notlar hərraclar vasitəsi ilə yerləşdirilir, tədavül müddəti 28 gün, nominal dəyəri 200 AZN, müddəti isə bir ilə qədərdir. Ticarət təşkilatçısı Bakı Fond Birjasıdır və bu notları yalnız Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərən banklar əldə edə bilər. İlkin yerləşdirmə üzrə hərraclar həftənin çərşənbə günləri saat 11:00-dan 12:30-dək, təkrar bazar əməliyyatları isə iş günləri  saat 10:00 dan 16:30-dək davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Buraxılış formasına görə sənədsiz diskontlu kağızlardır. Mərkəzi Bank tərəfindən qisamüddətli notların buraxılmasınının əsas məqsədi dövriyyədə olan izafi pul kütləsinin strelizasiyasıdır.

Qısamüddətli notlar Azərbaycanda ilk olaraq 2004-cü ildə hərraca çıxarılmışdır. Notların 2014-cü ildə geniş həcmli dövriyyəsi həyata keçirilmiş və həmin ildə dövriyyədəki həcmi maksimum 120 mln AZN-ə qədər yüksəlmişdir. 2015-ci ildə isə dövriyyədə olan notların həcmi 0 AZN təşkil etmişdir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et