Notarius və DYP işçisinin iştirakı ilə - SIĞORTA DƏLƏDUZLUĞU | Banco.az

Notarius və DYP işçisinin iştirakı ilə - SIĞORTA DƏLƏDUZLUĞU

Azərbaycanda sığorta məhsulları və müştərilərin sayı artdıqca, sığorta dələduzluğu halları da çoxalır. Bu barədə fins.az-a Bakıda keçirilən “Sığorta dələduzluğu” mövzusunda  seminarda iştirak edən “Meqa Sığorta” şirkətinin hüquq şöbəsinin müdiri Hamlet Qarayev bildirib: "Son vaxtlar sığorta sahəsində dələduzluq, fırıldaqçılıq hallarının sayı nisbətən artıb. Sığorta sahəsində tam tənzimlənməsi mümkün olmayan bəzi məqamlar var”.

Mütəxəssis bildirdi ki, sığorta dələduzluğu halları bu, daha çox avtomobillərin sığortası ilə bağlıdır: “Bu yaxınlarda bizdə belə bir məqam olmuşdu- bizim bir müştəri öz maşınını adi etibarnamə ilə başqasına satmışdı, yəni həmin hissə-hissə ödəmək şərtilə, məbləğ tam ödənildikdə maşını onun adına keçirməli idi. Həmin etibarnaməni alan şəxs də notarius işçisi və DYP əməkdaşı ilə əlbir olub maşına görə verilən adi etibarnaməni baş etibarnamə (xalq arasında “generalniy dovernost” adlandırılan) ilə dəyişdiriblər. Bunun əsasında gedib DYP-də texniki pasportu dəyişib həmin maşını özəlləşdiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla bağlı, maşının sahibi bizə bildirmişdi ki, həmin fakt üzrə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Müştərimiz iddia edirdi ki, bu, 3-cü şəxsin dələduzluğu nəticəsində ona dəyən zərərdir. Lakin, əslində bu, sığorta hadisəsi deyil, 3-cü şəxsin dələduzluq hərəkəti nəticəsində onu mülkiyyət hüququ pozulub. Yəni, belə hallar da olur”.

H.Qarayevin sözlərinə görə, belə hallara təkcə kasko sığortada yox, tibbi  sığorta və daşınmaz əmlakın sığortasında da rast gəlinir.

Mütəxəssis deyir ki, ümumilikdə sığorta hadisələrinin təxminən 20-30% həcmində dələduzluq, fırıldaqçılıq, sığorta şirkətini aldatmaq cəhdləri olur. Bəzən bu cəhdlər baş tutur, çünki elə hallar var ki, orada bu fırıldağı üzə çıxarıb sübut etmək mümkün olmur. Nəticədə sığorta şirkəti bundan zərər şəkir.

Qeyd edək ki, “Meqa Sığorta” rəsmisi hesab edir ki, sığorta dələduzluğu ilə bağlı Cinayət Məcəlləsində ayrıca maddənin qeyd olunmasının vaxtı çatıb.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et