Nobel mükafatı almış iqtisadçılar kimlərdir? | Banco.az

Nobel mükafatı almış iqtisadçılar kimlərdir?

Yəqin ki, Nobel mükafatı bir çoxlarınıza məlumdur. Bildiyiniz kimi bu mükafat yalnız müəyyən sahənin peşəkarları üçün nəzərdə tutulub və olduqca böyük əhəmiyyət kəsb edir.

Nobel mükafatı sahiblərinin bir çoxu texniki sahələrdə yeniliklərə imza atmış şəxslər olsa da onların içərisində iqtisadçılar da azlıq təşkil etmir. Əslində İqtisadiyyat sahəsi Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil olmasa belə, iqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən Nobel mükafatlarl ilə eyni səviyyədə hesab olunur. İqtsadiyyat üzrə mükafat 1968-ci ildə (bəzi mənbələrdə 1969-cu il) İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılıb və bu bank tərəfindən də maliyyələşdirilir. Mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan TinberqenRaqnar Frisxə verilmişdir.

İqtisadiyyat sferasında mükafat alan şəxslərə misal olaraq Edmond Flip və Oliver Villiamson kimi alimləri də misal göstərmək olar. Edmond Flip bu mükafatı 2006-cı ildə inflyasiya və işsizlik bağlı apardığı tətqiqatlara görə almışdır. 2009-cu ildə İsveç Elmlər Akademiyası ABŞ-dan olan Elinor OstromOliver Villamsonu Nobel mükafatına layiq görüb. Ostrom “xüsusilə cəmiyyət olmaq üzrə, iqtisadiyyat rəhbərliyi analizləri”, Villiamson isə “xüsusilə şirkətin sərhədləri olmaq üzrə iqtisadiyyat rəhbərliyi analizləri” mövzusuna görə Nobellə mükafatlandırılıb. Cəmiyyət iqtisadçılar arasında kişilərin daha çox üstünlük təşkil etsə də İndiana Universitetində müəllim olan Elinor Nobel İqtisadiyyat mükafatını qazanan ilk qadın olub. Digər bir iqtisadçı Villiamson isə Kaliforniya Universitetində çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdıraq ki, mükafat dekabrın 10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara şəxsən İsveç kralı tərəfindən şəxsən təqdim olunur, eyni gündə Norveçdə keçirilən tədbirdə isə Norveç kralının iştirakı ilə Nobel sülh mükafatını Norveç Nobel Komitəsinin direktoru təqdim edir. Diplomlar hər laureat üçün fərdi olaraq tərtib edilir, diplomun bir hissəsi hər hansı bir təsvir, digər hissəsi isə yazı ilə tamamlanır. Laureatlara verilən mükafata medal, şəxsi diplom və böyük həcmdə (10 milyon İsveç kronu- təxminən 1,5 mln. ABŞ dolları) pul mükafatı daxildir. 

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et