Nizamnamə Kapitalı 100 mln. manatdan çox olan 9 bank | Banco.az

Nizamnamə Kapitalı 100 mln. manatdan çox olan 9 bank

Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır. Göründüyü kimi nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.

AR Mülki Məcəlləsinə əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı AR Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.

İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.

Bəs banklarımızın nizamnamə kapitalı nə qədərdir? 

Banco.az olaraq banklarımızın nizamnamə kapitalını araşdırdıq. Azərbaycanda nizamnamə kapitalının həcmi 100 mln. manatı ötən 9 bank mövcuddur:

Bank

Nizamnamə Kapitalı 

(manat)

Beynəlxalq Bank

641 287 250

Paşa Bank

333 000 000

Xalq Bank

211 646 490

Kapital Bank

185 850 000

Nikoil Bank

184 500 000

Expressbank

137 250 000

AccessBank

119 850 000

AGBank

102 200 000

Bank Silk Way

101 544 885

 

Digər banklarımızın nizamnamə kapitalı isə aşağıda göstərilən cədvəldəki həddədir:

Muğanbank

75 000 000

Unibank

70 565 232

AFB Bank

70 393 455

NBC Bank

64 000 000

ASB Bank

60 000 000

Bank Respublika

57 461 000

Dəmirbank

57 345 559

Yapı Kredi Bank Azərbaycan

55 429 680

Turanbank

55 003 470

Bank of Baku

52 000 000

Bank BTB

52 000 000

VTB Bank Azərbaycan

50 815 000

Caspian Development
 Bank

50 020 000

Ziraat Bankı

50 000 000

Bank Avrasiya

50 000 000

Azər Türk Bank

50 000 000

Atabank

50 000 000

Rabitəbank

48 500 000

Amrahbank 

39 844 400

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et