Niyə hər il yeni "iPhone" modeli istehsal edilir? | Banco.az

Niyə hər il yeni "iPhone" modeli istehsal edilir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hər kəsə yəqin ki, dizaynında və sistemində çox da dəyişiklik edilmədiyi halda, niyə hər il niyə yeni bir "iPhone" modelinin istehsal edildiyi sualı maraqlıdır.

Banco.az xəbər verir ki, "Apple" şirkətinin baş direktoru Tim Kuk müsahibəsində bu maraqlı sualı cavablandırıb.

O, bununla bağlı bildirib:

"Hesab edirəm ki, "iPhone" istəyənlər üçün hər il yeni model təklif etmək əladır. Gördüyümüz iş insanlara telefonlarını alqı-satqısına/yeniləməsinə icazə verməkdir. Biz həmin telefonları alırıq və hələ də işləyirlərsə, yenidən satırıq". 

Tim Kuk həmçinin şirkət olaraq həmin telefonları sökməyin yollarını tapdıqlarını və yeni "iPhone" hazırlamaq üçün material əldə etdiklərini bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

O, "iPhone"ların 20-30 ildən sonra necə görünəcəyi barədə isə bildirib ki, yeni modellər karbon neytral olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et