Niyə bank işçilərinin peşə bayramı yoxdur? | Banco.az

Niyə bank işçilərinin peşə bayramı yoxdur?

Əziz oxucularımız, başlıqdan da aydın olduğu kimi, bu gün bank işçiləri və onların gördükləri iş barədə danışacağıq.

İnsanın gördüyü iş onun həyatına, xarakterinə təsir edir. Düzgün edilən hər iş isə uğuru da özü ilə bərabər gətirir.

Görülən işin böyüklüyündən, məsuliyyət dərəcəsindən asılı olmayaraq hər kəs öz işinə ciddi yanaşmağı bacarmalıdır.

Həmçinin bax: Banklarımızın ad günləri

Məlum olduğu kimi, ölkəmizdə və ümumilikdə dünya miqyasında xüsusi günlər var ki, həmin o günlər peşə bayramları kimi qeyd olunur. Məsələn, bu gün 20.07.16 tarixində Bostvanada Prezidentlər Günü kimi qeyd olunur :)

Ölkəmizdə də Sahibkarlar günü (25 aprel), Müəllimlər günü (15 oktyabr), Dəmiryolu işçiləri günü (13 oktyabr), Səhiyyə İşçiləri Günü (17 iyun), Televiziya və Radio İşçiləri Günü (6 noyabr), Milli Mətbuat Günü (22 iyul) və s.kimi peşə bayramları qeyd olunur.

Bəs Bank işçiləri günü?

Daimi oxucularımız yaxşı bilir ki, Banco.az portalı demək olar ki, hər bayram günlərində öz xalqını, müştərilərini təbrik edən bankların təbriklərini oxucularına çatdırır. Qıraqdan xırda kimi görünsə də, əslində bu olduqca önəmli bir nüansdır. Xırda detallara bu qədər dəyər verən bank işçilərinin niyə özlərinin peşə bayramları yoxdur?

Məgər gördükləri iş o qədər də önəmli deyilmi?

Daima səliqəli geyimdə olan və düzgün üslubla danışan bu insanların iş həyatları heç də asan deyil.

Necə?

  • Onlar milyon manatlarla işləsələr də, heç də o qədər əmək haqqı almırlar.
  • Onlar 9:00-18:00 rejimi ilə çalışsalarda, əslində 7/24 çalışırlar. Evdə, tətildə, yatanda və s. hər zaman bankda yaranmış bir problemin həlli üçün hazır vəziyyətdə olurlar.
  • Onlara işdə çaylarını isti-isti içmək nadir hallarda nəsib olur.
  • Xala qızının toyu, qonşunun əməliyyatı və s. kimi vacib olan şeylərdən həmişə işlərinə görə uzaq düşürlər.
  • Onlar çəkdikləri imzanın məsuliyyətini məzara qədər daşıyırlar.
  • 45 dərəcə istidə belə sırf şirlətin imicinə ziyan gəlməsin deyə qalstukla gəzməyə məcburdurlar.
  • Müştəri tələbləri və müdirin gözləntiləri arasında daima sıxışıb qalırlar.
  • Nə qədər çox problemləri olsa da, bu insanlar müştəri qarşısında daima gülümsəməli və nəzakətli olmalıdır.
  • Onlar iş başlamamışdan işdə olmalıdırlar. Çünki, gərgin günə başlamaq üçün bütün hazırlıqlar tamamlanmalıdır.

Siz indi deyə bilərsiniz ki, bütün bank işçiləri belə deyil. Lakin unutmamalısınız ki, qurunun oduna yaşı da yandırmaq olmaz. Öz işinə məsuliyyət və sevgi ilə yanaşan və can yandıran bank işçiləri heç də az deyil.

Ən sərfəli kredit üçün müraciət et

Düşünürük ki, bu çətin peşənin sahiblərinin də özlərinə xas peşə günləri olmalıdır. 

Bəs siz necə düşünürsünüz? :)