Nikoil Bank maliyyə göstəricilərini açıqladı: ZƏRƏRDƏDİR | Banco.az

Nikoil Bank maliyyə göstəricilərini açıqladı: ZƏRƏRDƏDİR

2017-ci il 31 dekabr tarixinə olan maliyyə nəticələrini açıqlayan Nikoil Bank-ın zərərdə olduğu məlum olub.

Belə ki, sözügedən dövrdə 46,994 mln. manat xalis faiz gəliri,  18,491 mln. manat xalis faiz xərci olan Bank-ın əməliyyat mənfəəti 28,503 mln. manat olub. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 31,198 mln. manat ayırıb. Nəticədə, ehtiyatlara ayırmalar bankın əməliyyat mənfəətindən çox olduğundan zərər yaranıb. Ehtiyatlara ayırmaların məbləği isə bankın riskli aktivlərinin ölçüsündən xəbər verir.

Beləliklə, Nikoil Bank ötən ili 2,708 mln. manat xalis zərərlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bankın aktivləri 437,331 mln. manat, öhdəlikləri 362,364 mln. manat, cəmi kapitalı isə 74,966 mln. manat olub. 2017-ci ilin 31 dekabr tarixində bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 291,046 mln. manat, depozit portfeli isə 229,226 mln. manat həcmində olub.

Balans hesabatı

Ən sərfəli krediti almaq üçün müraciət et