"Nike" dünyanın ən bahalı geyim markası olaraq qalır | Banco.az

"Nike" dünyanın ən bahalı geyim markası olaraq qalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İdman malları istehsalçısı "Nike" "Brand Finance"in araşdırmasına əsasən, geyim və aksesuarlar kateqoriyasında ən qiymətli brendlərin qlobal reytinqində növbəti dəfə lider olub.

Banco.az xəbər verir ki, "Nike" kateqoriyanın ilk hesabatının yayımlandığı 2015-ci ildən bəri siyahıda birinci yerini qoruyub saxlayır.

ABŞ-a məxsus brendin dəyəri il ərzində 5,6% azalıb və hazırda 31,3 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci yerdə ötən il də olduğu kimi dəyəri 12,2% artaraq 26,29 milyard dollar təşkil edən Fransız brendi "Louis Vuitton" qərarlaşıb. 

Üçüncü yeri Fransanın digər lüks brendi "Channel" tutub. Brendin dəyəri 27% artaraq 19,39 milyard dollara çatıb. 

Araşdırmanın müəllifləri qeyd edirlər ki, ən böyük brendlər istisna olmaqla, dəbdəbəli məhsul istehsalçıları son vaxtlar digər məsələlərlə yanaşı, idman geyimlərinin artan populyarlığı ilə əlaqədar bəzi çətinliklərlə üzləşiblər.

Ən sərfəli kredit üçün müraciət et

Digər moda nəhəngləri "H&M" və "Zara"nın dəyəri isə əvvəlki reytinqə görə müvafiq olaraq 26% və 15% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et