Neftin qiyməti 13 ayın maksimumuna qalxdı | Banco.az

Neftin qiyməti 13 ayın maksimumuna qalxdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri axırıncı 13 ayın maksimumuna yüksəlib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-dakı soyuq hava dalğasının xam neft istehsalı ilə məşğul olan müəssisələri öz təsiri altına alması səbəbilə axırıncı 13 ayın maksimumuna çatıb.

London əmtəə birjasında bir barel neftin qiyməti bazar ertəsi 1,4% yüksəldikdən sonra 64 dollara qədər bahalaşıb.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) cümə günkü bağlanışa nəzərən 1,4% dəyər qazanaraq bir bareli 60.27 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında 0,5% yüksələrək bir bareli 63.62 dollara qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et