Neftin bahalaşması davam edir | Banco.az

Neftin bahalaşması davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neftin qiyməti ehtiyatların azalması gözləntiləri ilə bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, xam neft qiymətləri ehtiyatların azaldığını əks etdirəcəyi proqnozlaşdırılan ABŞ sənaye hesabatındakı məlumatlardan əvvəl yüksəlməyə davam edir.

Belə ki, qiymətlər yanvar ayından bəri ən yüksək səviyyəyə yaxınlaşıb. 

ABŞ xam neftinin bir bareli dünənki 2,2 faizlik artımdan sonra 81 dollar səviyyələrində ticarət olunur.

Brent markalı neft isə 86 dollara yaxınlaşıb.

Qeyd edək ki, Amerika Neft İnstitutunun yayımlayacağı məlumatların mühüm neft bölgələrindən biri olan Oklahoma ştatının Kuşinq şəhərində neft ehtiyatlarının ötən həftə 1,4 milyon barel azaldığını əks etdirəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et