Neft qiymətlərində ilin ən böyük həftəlik dəyər itkisi müşahidə edilir | Banco.az

Neft qiymətlərində ilin ən böyük həftəlik dəyər itkisi müşahidə edilir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ilin ən böyük həftəlik dəyər itkisinə doğru irəliləyir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Delta ştammının sürətlə yayılmasına dair narahatlıqların bazar proqnozlarına təzyiq göstərməsi səbəbindən bu ilin ən böyük həftəlik ucuzlaşmasına hazırlaşır.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 8 sent yüksələrək hazırda bir bareli 69.17 dollara çatıb.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 71.39 dollara icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et