Neft qiymətləri yenidən ucuzlaşdı | Banco.az

Neft qiymətləri yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə ucuzlaşaraq başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, ötən iki il üzrə ən uzun vədəli bahalaşma qrafikini dayandıran neftin qiyməti koronavirus pandemiyasının tələbə təzyiq göstərməsinə dair narahatlıqların fonunda ucuzlaşıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti ardıcıl yeddi seans boyunca 12%-dən çox yüksələrək 2019-cu ilin fevral ayından bəri müşahidə edilən ən uzun qazanc seriyasına imza atdıqdan sonra bu gün hər iki seansda da geriləyib.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) cümə axşamı 0,8% dəyər itirdikdən sonra bu gün Bakı vaxtı ilə 08.02-də yenidən 0,7% geriləyək bir bareli 57.84 dollar səviyyəsində icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,5% gerilədikdən sonra yenidən 0,6 dəyər itirərək bir bareli 60.77 dollara qədər ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et