Neft qismən bahalaşdı | Banco.az

Neft qismən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri qismən bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ötən 4 gün ərzində 4%-ə yaxın ucuzlaşdıqdan sonra özəl sektor göstəricilərinin xam neft ehtiyatlarının azalmasını əks etdirməsindən sonra bir qədər bahalaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% yüksəldikdən sonra hazırda bir bareli 66.82 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 0,4% bahalaşaraq 69.27 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et