Neft Fondunun investisiya portfelində dolların payı açıqlanıb | Banco.az

Neft Fondunun investisiya portfelində dolların payı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 aprel tarixinə cəmi investisiya portfeli 57 014,1 milyon dollar təşkil edib.  

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 69,5%-ni ABŞ dolları təşkil edir. 

Məlumata görə, vəsaitlərin 19,4%-ni avro, 4,9%-i ingilis funt sterlinqi, 0,6%-i Avstraliya dolları, 1,5%-i Yapon yeni, 1,1%-i Çin yuanı, 3,6%-ni digər valyutlar təşkil edib.

Əlavə edək ki, ABŞ dolları portfelinin 7 milyard 499 milyon dollarlıq hissəsini (13,2%) qızıl investisiyaları təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et