Necə reklam çəkəsən ki, yadda qalsın? | Banco.az

Necə reklam çəkəsən ki, yadda qalsın?

İmic reklamının kifayət qədər yadda qalan olmadığını düşünən banklarımız üçün gözəl nümunə olacaq bir videonu təqdim etmək istərdik.

Türkiyə İş Bankasının – 90 illiyi münasibəti ilə çəkilmiş bu reklam  olduqca təbii və səmimi alınıb. Ənənəvi olaraq, məşhur aktyor və komediya ustası Cem Yılmaz da reklam çarxında çəkilmişdir.

Bu arada reklamda bankçılığa aid bir neçə kəlmə diqqətimizi çəkir:

Bank məmuru söyləyir ki, “Bizim işimiz əzbərləməklə olmaz. Hər şeyi ölçüb biçmək lazım.

Ən sərfəli kredit üçün müraciət et

“Zəka, Diqqət və İffət” – mühüm olan budur".

“Xəyallarının ardınca qaçarkən, qənaət etməyi unutma!”

"Bir yeri gözəl edən dekor deyil, içindəki insanlardır".

"Bir yeri iftixar mənbəyi edənlər, oraya əməyini verənlər, onu böyüdənlər sabaha daşıyanlardır". 

Ən sərfəli krediti almaq üçün müraciət et