Nə əlavə güzəşt, nə də ki çox çalışmaq: Spotify CEO-sundan hər mövzuda uğurun tək yolu | Banco.az

Nə əlavə güzəşt, nə də ki çox çalışmaq: Spotify CEO-sundan hər mövzuda uğurun tək yolu

Hər nə qədər çox çalışsaq , müəyyən  işlərlə məşğul olsaq belə günümüzün yalnız az qismini faydalı işlərə yönəldirik. Boş vaxtımıızın çoxu sosial medyada və ya dostlarla birgə keçirərək səmərəsiz şəkildə istifadə edirik. 

Elə milyonlarla istifadəçiyə sahib Spotify-ın CEO-su Daniel Ek də bu məsələni önə çıxardaraq deyir:

Zamanın idarə edilməsi prinsipləri və öncəlikləri hər hansı bir işə diqqət verməyin ən əsas metodudur.

İsveçli 35 yaşlı milyarder, 3 mlrda yaxın sərvəti var. O bu sərvətini vaxtına qənaət etməklə qazandığını deyir. Yəni sosyal medyaya ayırdığı vaxtı azaldaraq öz işlərinə fokuslanır.  Bütün diqqətini öz işlərinə verərək,  əlavə məşğuliyyətlərin qarşısını alır. Uğurunun sirri də bu olduğunu deyir.

Sosial medyada keçirdiyim vaxt çox azdır. Çox insan networkingi müasir dövrdə əsas bacarıq hesab olunur. İnsanlar istəməsələr belə sosial medyada vaxt keçirtmək məcburiyyətində qalarlar. Ya da o qədər də lazımlı olmasa belə dostlarıyla görüşməyə vaxt ayırarlar.  Amma mənim məsuliyyətimdə olan işlər daha ön plandadır. Sosial medya və ya dostlarla görüşmə təklifi həmin anda mənim üçün o qədər də vacib deyilsə, üzr istəyərək rədd edərəm

Ən sərfəli kredit üçün müraciət et

Çox çalışmaqdan əvvəl düzgün plan qurmaq lazımdır. Düzün planlama, düzgün enerji deməkdir. Hətta Ek əlavə edir ki, hər gün düzgün planlama vasitəsi ilə daha yaradıcı ola bilir. Onun fikrinə görə isə:

İnsanlar düşünürlər ki, yaradıcılıq hüdudları olmayan bir qavrayışdır. Yaradıcı olmaq üçün azad ruha sahib olmaq gərəkir. Amma çox  səhv fikirdir. Dünyanın ən yaradıcı insanları ən yaxşı planlama bacarığı olanlardır.

Çünki düzgün diqqət vermə olmazsa, gördüyümüz iş də boşa gedəcək.

Əgər həqiqətən istədiyinizə fokuslanarsanız, istədiyiniz hər bir ideyanı həyata keçirə bilərsiniz. İstədiyimə nail olmaq üçün günlərcə işimə diqqətimi verdiyim olub.

Yəni qısaca müəllim deyir ki, nə qədər vaxtınızı bir şeyə sərf edirsiniz edin, əgər diqqətinizi verməzsəniz itirdiyiniz vaxt da hədər olacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et