NBC Bank mənfəətinin həcmini açıqlayıb | Banco.az

NBC Bank mənfəətinin həcmini açıqlayıb

NBC Bank cari ilin 9-cu ayının sonuna olan maliyyə göstəricilərini açıqlayıb.

Banco.az portalının bankın rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ilk 9 ayın yekununa əsasən, NBC Bank 2 mln 485 min manat mənfəət qazanıb.

Həmin dövr üçün bankın faiz gəlirləri 10 mln 490 min manat, qeyri faiz gəlirləri isə 2 mln 518 min manat civarinda olub.

Ən sərfəli kredit üçün müraciət et

Bank mənfəət vergisi ilə bağlı ödəniş etməyib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların həcmi isə 1 mln 462 min təşkil edib.

Qeyd edək ki, hal-hazırda NBC Bankın cəmi aktivlərinin həcmi 171 mln 815 min manatdır ki, onun da 127 mln 934 min manatı xalis kredit portfelinin payına düşür.

Bundan əlavə bankın cəmi kredit portfelinin həcmi 137 mln 546 min manatdır ki, onun da  12,1 mln manatı vaxtı keçmiş kreditlərdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et