NBC Bank 2017-ci ili necə başa vurdu? - MƏNFƏƏTDƏDİR | Banco.az

NBC Bank 2017-ci ili necə başa vurdu? - MƏNFƏƏTDƏDİR

NBC Bank 2017-ci ilin yekununa olan maliyyə hesabatlarını açıqlayıb.

2017-ci il 31 dekabr tarixinə bankın cəmi aktivləri 204,125 mln manat olub. Bu isə 2016-cı ilin yekunu ilə müqayisədə 28% çoxdur. NBC Bankın öhdəliklərinin həcmində də artım müşahidə olunub. Belə ki, bankın öhdəlikləri bir il ərzində 41 mln. manat artaraq 147,285 mln. manat təşkil edib.

Ötən il ərzində bank kredit portfelini də artıra bilib. 2016-cı il ilə müqayisədə verilmiş kreditlərin həcmi 23%-ə qədər artaraq 154,396 mln. manata çatıb. Depozit portfeli isə 73,969 mln. manata çatıb. 

NBC Bank-ın cəmi kapitalı artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalı il ərzində 4 mln. manat artaraq 56,839 mln. manat olub.

Bank ötən ili 2,914 mln. manat mənfəətlə başa vurub.

Belə ki, NBC Bank-ın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 7 dəfəyə qədər azalaraq 5 dəfəyə qədər azalaraq 1,611 mln. manata düşüb. Bu da öz növbəsində bankın mənfəətini artırıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et