Müvəffəqiyyətli insanlar günə tez başlayıb, görün nələr edirlər! | Banco.az

Müvəffəqiyyətli insanlar günə tez başlayıb, görün nələr edirlər!

Siz səhərlər “5 dəqiqə, 5 dəqiqə daha...” deyə düşünüb saatınızı ertələyərək vaxtınızı itirərkən, müvəffəqiyyətli insanlar idman edir, ailələrinə vaxt ayırır və bir çox işlərini bitirmiş olurlar.

“Əgər bir şey reallaşdırılmalıdırsa, ilk öncə o edilməlidir” deyən vaxt idarəsi üzrə mütəxəssis və yazar Laura Vanderkam, işlərində uğurlu insanların sirrlərini belə açıqlayır:

 

1. Səhər tez oyanırlar

Özlərinə və ailələrinə vaxt ayıra bilmək, işlərini planlaşdırmaq və enerjilərini daha məhsuldar istifadə etmək üçün səhərlər günə tez başlayırlar.Çünki, gün ərzində iş yorğunluğuna görə bunlara vaxt ayıra bilməyəcəklərini bilirlər.

 

2. Su içirlər

İnsan yuxuda olanda bədən susuz qalır.Ona görə, oyanan kimi 1 stəkan su içərək maddələr mübadiləsini sürətləndirməyə kömək olurlar. Yataqlarının baş ucunda həmişə su olar.

 

3. İdmanla məşğul olurlar

Araşdırmalar, səhər edilən idmanın, “5 dəqiqə daha” yuxusundan çox enerji verdiyini deyir. Çünki, edilən idman endorfin ifrazını sürətləndirir və stress azalır, gün içində daha rahat, enerjili işləməyinizə təsir göstərir.

 

4. Prioriteti yüksək olan bir layihə üzərində işləyirlər

Günün ən çətin işini səhər enerjili və sakit başla həll edirlər.Bundan əlavə, telefon, işin ortasında otağa girəcək biri olmadığı üçün, bütün enerjilərini işlərinə vermək daha asan olur.

 

5. Öz hobbiləri ilə bağlı bir layihə üzərində işləyirlər

İşlərindən asılı olmayan, hobbiləri olan bir sahədə araşdırma etmək günün növbəti saatlarında işləri yerinə yetirməyi asanlaşdırır.

 

6. Ailələri ilə məhsuldar vaxt keçirdirlər

Ən sərfəli kredit üçün müraciət et

Bir çoxları ailələri ilə edilən şam yeməyini birlikdə vaxt keçirmək kimi görür. Amma uğurlu adamlar, vəziyyətin həqiqətdə belə olmadığını bilir və günün yorğunluğu olmadan səhər saatlarında ailələrinə zaman ayırırlar. Təmiz zehinlə dünən və bugün haqqında danışırlar.

 

7. Rahatlamaq üçün meditasiya edirlər

Gündə 10 dəqiqə çəkən bu vərdiş vasitəsi ilə zehinlərini təmizləyərək, pozitiv düşünməyə başlayırlar.Beləcə, gün içində rast gəlinən problemlər qarşısında anlıq bir əsəblə səhv etmək yerinə, daha sakit düşünə bilirlər.

 

8. Həyatlarındakı minnətdar olduqları şeyləri yazarlar

Hər kəsin həyatında yolunda getməyən şeylər vardır. Müvəffəqiyyətli insanlar bunları düşünərək zaman itirmək yerinə, həyatlarının müsbət tərəflərini düşünərək xoşbəxt olmağı seçərlər.

 

9. Plan və strategiyalarını təyin edərlər

Səhərlər təmiz zehinlə günlərini planlaşdırar və hansı işə nə qədər vaxt sərf edəcəklərini bilərlər.Bu proqram, gün ərzində  “İndi nə etməliyəm?” deyə düşünmək yerinə, daha məhsuldar vaxt keçirmələrini təmin edir.

 

10. E-poçtlarına baxarlar

Bunun üçün səhərlər uzun-uzun vaxt sərf etməzlər, vacib olanlara cavab yazıb, gün ərzində plana uyğun işləri təyin edərlər.

 

11. Xəbərləri izləyərlər

İşə getmədən əvvəl, xəbərləri oxuyar və ya xəbər verlişlərinə baxarlar.Bu vasitə ilə, dünyada baş verənlərdən xəbərdar olub, işlərini, dəyişən gündəmə uyğun planlaya bilirlər.

 Güllü Nağıyeva

Ən sərfəli krediti almaq üçün müraciət et