Mütləq izləməli olduğunuz 7 marketinq bloqu | Banco.az

Mütləq izləməli olduğunuz 7 marketinq bloqu

Marketinq daim dəyişən və inkişaf edən bir sahədir. Bu səbəbdən də marketinq sahəsində işləyirsinizsə, müntəzəm olaraq yeni tendensiyaları izləməyiniz və özünüzü inkişaf etdirməyiniz vacibdir.

Günümüzdə sosial medianın ən geniş yayılmış növlərindən biri də bloqlardır. Marketinq sahəsi ilə də bağlı çox sayda bloqlar mövcuddur. Məhz buna görə də biz sizin üçün izləməyi tövsiyyə etdiyimiz 7 marketinq bloqunu bu məqalədə cəmləşdirdik.

1. Seth Godin

Seth Godin, peşəkar təlimçi, yazıçı və inkişaf meneceridir. O, həmçinin “Squidoo”-nun qurucusu və CEO–su və dünyanın ən məşhur marketinq bloqunun sahibidir.

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: https://www.sethgodin.com/

2. Michael Hyatt

Michael Hyatt, şəxsi bloqunda liderliklə bağlı məqalələr yazır. “Forbes”–in 2013–cü ilin ən nüfuzlu sosial media qəhramanlardından biridir. İzləyicilərinə fərdi marketinqlə bağlı lazımi məlumlar verir.

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: https://michaelhyatt.com/

3. Scott Stratten

“Business Review USA” tərəfindən Amerikanın 10 marketinq qrupundan biri seçilən Scott Stratten sosial media marketinqi baxımından peşəkarlaşmışdır. Kitabı ilə eyni adı daşıyan “Unmarketing” bloqunda marketinq və sosial media haqqında maraqlı və fərqli məlumatlar çatdırır.

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: http://www.unmarketing.com/

4. Ann Handley

Ann Handley, yazıçı, rəqəmsal marketinq pioneri və “Wall Street” jurnalının ən çox satan yazıçısıdır. Ann Handley tərəfindən qurulan sayt marketinqi öyrətmək məqsədilə yaradılmış bir bloqdur.

Ən sərfəli kredit üçün müraciət et

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: https://annhandley.com/

5. Avinash Kaushik

Avinash Kaushik haqqında “texnologiya alimi” deyə bəhs edə bilərik. “Google”–un qurucusu olan Avinash Kaushikin “Ockham’s Razor” (Ockhamın ülgücü) adlı bloqu vardır. Bloqunda rəqəmsal marketinq strategiyalarını təkmilləşdirmək, verilənlər bazasına əsaslanan marketinq haqqında məqalələr vardır.

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: https://www.kaushik.net/avinash/

6. Neil Patel

Amerikanın sabiq prezidenti Obama tərəfindən 30 yaşdan aşağı ilk 100 sahibkar və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 35 yaşdan aşağı ən yaxşı 100 sahibkardan biri seçilmişdir. “Kissmetrics” bloqu sosial media istifadəçilərini dəyişdirmək, kontekst marketinqi və sayt analizini idarə etmək kimi mövzularda mühüm informasiyalar verir.

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: https://neilpatel.com/

7. Scott Brinker

Scott Brinker, “CBS Sportsline”, “Tribune”, “Miami Dolphins” “Fujitsu” üçün internet proqramları dizayn edən şirkətin müşaviri olaraq işləmişdir. Özünü “çevik marketinq tərəfdarı” kimi qələmə verən Scott Brinkerin bloqu “Chiefmartec”–də ənənəvi marketinq və texnologiyanın marketinqə təsiri mövzularında bir çox məqalə tapa bilərsiniz.

Sayta linkə klikləyərək daxil ola bilərsiniz: https://chiefmartec.com/

Tamara Mustafayeva, banco.az