Mütləq izləməli olduğunuz 6 YouTube kanalı | Banco.az

Mütləq izləməli olduğunuz 6 YouTube kanalı

Hazırda ən böyük video platforması olan “Youtube” 2015 – ci ildə 3 sabiq PayPal işçisi tərəfindən təsis edildikdən sonra 9 ay ərzində Google tərəfindən satın alındı və hər ötən il sürətlə inkişaf edərək bu gün hətta televizoru həyatımızdan çıxartmaq həddinə gəlib çatıb. Belə ki, YouTube – da hər ötən dəqiqə 400 saatlıq video yüklənir və hər gün orta hesabla 1 milyard saat video izlənilir.

Həmçinin oxu: Vaxtınızı keçirəcəyiniz ƏN FAYDALI 10 İnternet Saytı

YouTube – da ağlınıza gələ biləcək hər mövzuda məlumat xarakterli və həqiqətən əmək sərf edilmiş videolar yayımlayan bir çox kanal mövcuddur. Odur ki, məlumat xarakterli videolar izləməyi sevənlər üçün bəzi kanalların adlarını bugünkü məqaləmizdə qeyd etmişik.

1. The School of Life

Məktəbdə kifayət qədər diqqət ayrılmayan, öyrədilməyən mövzularda videolar paylaşmağı hədəfləyən The School of Life kanalında izlədiyiniz hər video sizə yeni məlumatlar verəcəkdir.

2. Big Think

21 – ci əsrin innovativ fikirlərini və təməl bacarıqları kəşf etməyinizə kömək edəcək Big Think kanalı, yüzlərlə fərqli peşəkarlıq tələb edən sahələrdə, həmin sahənin ən yaxşı simaları ilə hazırlanmış möhtəşəm videolara sizlərə təqdim edir.

3. Kurzgesagt – In a Nutshell

Ən sərfəli kredit üçün müraciət et

Möhtəşəm konsepsiyası və işıq tutduğu fərqli mövzularda ən yaxşı Youtube kanallarından biri olan Kurzgesagt – In a Nutshell, keyfiyyətli məzmuna əhəmiyyət verənlərin mütləq izləməli olduğu kanalların ilkidir.

Həmçinin oxu: Bu 5 nəfəri Linkedln – də mütləq izləyin!

4. MinuteEarth

Qısa müddətli videoları ilə çox şey çatdırmağa nail olan bu kanalda marağınıza səbəb olacaq bir çox məlumat xarakterli video tapa bilərsiniz.

5. AsapSCIENCE

Ən kiçik suallara belə elmi cavablar verə bilən bu kanalda həm əylənib həm də yeni şeylər öyrənməyiniz mümkündür.

6. Crash Course

Tarixdən biologiyaya, kompüter elmlərindən fəlsəfəyə qədər bir çox videonu Crash Course kanalında tapa bilərsiniz.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 7 marketinq bloqu

Tamara Mustafayeva, Banco.az