Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip! | Banco.az

Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!

Yadımdadır, bir müddət hara CV göndərirdim cavab ala bilmirdim. Fikirləşirdim ya bunlar məni adam yerinə qoymur, ya da ki CV-dəndi. Ona görə də bu problem mənə çox pis təsir edirdi. Qərara gəldim ki, özümə yaxşı CV qurum. Sırf yaxşı CV-ə görə minlərlə təlimə gedirdim, amma nə fayda? Deyir keçəlin dərmanı olsa, öz başına sürtər. Nəsə, bir müddət sonra bir HR-la tanış oldum, özüdə siz bildiklərinizdən deyildi, başa düşən adam idi. Mənə yaxşı CV üçün bir neçə məsləhət vermişdi, indi mən o məsləhətləri sizlə paylaşacam

1) Vacib yerlərə fokuslan.

CV-də bəzi mühüm yerlər var ki, onlara xususi zaman ayırmaq lazımdır, hansı ki hər hansı HR o yerlərə baxaraq sizi həmin vakansiyaya qəbul etmək/rədd etmək qərarlarından birini seçir. Əslində bu məqamlər hamı tərəfindən başa düşüləndir. Misal üçün: əlaqə vasitələrin çox olması, şəkilin keyfiyyətli olması, təhsil və ya iş təcrübəsinin dolğun əks etdirilməsi və.s. Sadəcə hər kəsin etdiyi bir neçə səhvlər var, məsələn iş təcrübəniz olmayanda təhsili elə əks etdirin ki, iş təcrübəsinin olub-olmaması unudulsun, bu daha çox sizin fərasətinizdən asılı olacaq və ya hər hansı keyfiyyətsiz fotoya effekt verərək keyfiyyətli hala salmağa çalışmayın, ya da ki iki - üç nömrəniz varsa hamısını CV-ə yazmayın. 

2) Dürüst və qısa ol.

Ümumiyyətlə yalan danışmaq yaxşı bir şey deyil, nə bacarığınız varsa onu yazın. Yəni həyatda heç vaxt görmədiyiniz fəaliyyəti CV-də yazmayın. Sonra o yalançı məsələsində evi yanan siz olarsınız məndən deməsi.

Bəzi insanlar var ki, CV-də nə gəldi yazırlar. Misal üçün, mənim hobbilərim, olduğum ölkələr, oxuduğum kitablar, iştirak etdiyim təlimlər və ya tədbirlər və.s . İnanın heç bir insan resursu mütəxəssisi bunlarla maraqlanmır, əksinə bunu oxuyub sizin çərənçi olduğunuzu fikirləşəcək. 

3) CV-nizi müraciət etdiyiniz vakansiyaya və şirkətə uyğunlaşdırın.

Ən sərfəli kredit üçün müraciət et

Çalışın CV-iz müraciət etdiyiniz vakansiya üçün özəl olsun, şirkət görüsün ki, siz bu CV-ı sırf onlar üçün yaratmısınız. Heç olmasa bunu belə etməsəniz, CV-də müraciət etdiyiniz vakansiya bölməsində mötərizə ilə şirkətin adını yazın , misal olaraq:

Kredit Mütəxəssisi (Bank BTB)

Ən azı yuxarıdakı belə sizin CV göndərmək üçün zəhmət çəkdiyinizə aid nümunədir, bu zəhmət də sizin işləməyə həvəsli olduğunuz deməkdir.

4) Rəqəmsal vasitələrdən istifadə edin.

Dövr rəqəmsallaşırsa, CV-lər niyə rəqəmsallaşmasın? Bəli deviz artıq, rəqəmsal olaq devizidir. CV-də mütləq rəqəmsal vasitələrdən istifadə edin. Bu hər hansı bir link ola bilər, ya da ki infoqram ola bilər fərqi yoxdur. Burası sizin nə qədər kreativ olduğunuzdan asılıdır. Yəni sözümün canı odur ki, CV-ə camaat baxanda ürəyi açılsın.

5) Ad qoyma mərasimi.

Əvvəla çalışın CV-iz pdf fayl tipində olsun. Bundan əlavə saxladığınız faylın adını MY CV, CV and resume, mənim CV-im , pdf2362C, kimi adlar qoymayın. Çalışın faylın adını öz adınız qoyun, bu həm daha etikdir, həm də hər hansı vakansiyada CV-i kompüterdə  tapmaqda sizə yardımçı olacaq. 

Mənbə: Mr docs

Ən sərfəli krediti almaq üçün müraciət et