Müdirinizin yaxşı olub - olmadığını müəyyən edən 10 xüsusiyyət | Banco.az

Müdirinizin yaxşı olub - olmadığını müəyyən edən 10 xüsusiyyət

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Uğura fokuslanan şirkətlər və menecerlər işçilərlə münasibətlərinin əhəmiyyətini çox yaxşı dərk edirlər.  Liderlər işçilərin motivasiyasında uğur amilini xüsusilə qeyd edirlər.

Banco.az rəhbərinin yaxşı olub olmadığını müəyyən edən detalları təqdim edir:

1. Yaxşı bir müdir sizə güvənir

 Bu, işçiləri digər işlərdən daha çox həvəsləndirir. Güvəndiyinizi hiss etdikdə özünüzə güvənməyə və məqsədlərinizə daha asan çatmağa başlayırsınız.

 2. Rəhbəriniz sizin istedad və bacarıqlarınızı qiymətləndirir

 Yaxşı bir müdir sizin istedadlarınızı diqqətdən kənarda qoymur, özünüzü tam ifadə etməyiniz üçün lazımi mühiti yaradır və şəxsi inkişafınızı hər zaman dəstəkləyir.

 3. Rəhbəriniz məsuliyyəti öz üzərinə götürə bilər

 Çox vaxt müdirlər hər hansı uğursuzluqda komandanı və ya işçiləri günahlandırırlar. Ancaq yaxşı bir müdir heç vaxt əldə etdiyi mənfi nəticələrə görə başqalarını günahlandırmır və məsuliyyəti özü üzərinə götürür. Bununla da o, işçilərinə böyük nümunə göstərir.

 4. Liderlər adətən mehriban və ünsiyyətcil olurlar

 Hamımızın rəhbərlərimizlə problemləri var. Bəzi hallarda biz onlarla razılaşmırıq. Bu vəziyyətlərdə avtokratik bir müdirlə danışmaq nə qədər çətin olsa, mehriban və səmimi bir müdirlə danışmaq bir o qədər asan olar. Onlar sizi dinləməyə və fikirlərinizi qiymətləndirməyə hazır olacaqlar.

 5. Rəhbəriniz effektiv ünsiyyət qura bilir

 Yaxşı müdirlər sizə hər hansı bir tapşırıq verdikdə, adətən görüş zamanı nə edəcəyinizi və tapşırığı nə vaxt bitirməli olduğunuzu açıqlayırlar. Beləliklə, beyninizdə heç bir sual işarəsi olmadan işinizə fokuslana bilərsiniz.

6. Rəhbər yaxşı dinləyicidir

 Bir çox müdirin etdiyi ən böyük səhv çox danışmaqdır. İşçilərinə söz hüququ verilməyən müəssisələr ümumiyyətlə böyük uğur qazana bilmirlər. Buna görə də müdirin yaxşı dinləyici olması işçilərə özlərini ifadə etməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

 7. Rəhbəriniz konstruktiv atmosfer yaradır

 Əgər siz özünüzü komandanın bir hissəsi hiss edirsinizsə və bunun hörmət, dürüstlük və etibara əsaslandığını bilirsinizsə, deməli yaxşı bir müdiriniz var. O, bu atmosferin yaradılmasında hərəkətverici qüvvə olacaq ki, bu da daha yüksək mənəviyyata və daha çox motivasiyaya səbəb olacaq.

8. Rəhbəriniz empatiya qurmağı bacarır

 Empatiya hər zaman təqdir olunan insan keyfiyyətidir. Lider ayrılıq zamanı hər bir işçi ilə empatiya qurmağı bacararsa, bu, onların daha yaxşı işləməsinə səbəb ola bilər. İşçilərinin qayğısına qalan müdir, onlara bəzi çevik vəziyyətlər yaradaraq problemlərini həll etməyə kömək edə bilər.

 9. Yaxşı müdir ədalətlidir

 Ədalətli olmaq həqiqətən yaxşı bir patronun profilini təyin edir. İşçilərin vəzifələri hər hansı bir xüsusiyyətə görə deyil, yalnız yaxşı işlədiklərinə görə irəli çəkilərsə, komandada və şirkətdə real etimad mühiti yaranar.

10. Müdiriniz böhran zamanı soyuqqanlılığını qoruyur

 Hər bir şirkət böhran yaşaya bilər. Ancaq pis müdir belə dövrlərdə özünü bağlayır və problemi həll edə biləcək kadrları işə cəlb etməyə çalışmaz. Onun narahat və qorxulu münasibəti işçilərinə də təsir edir. Yaxşı bir müdirdirsə, soyuqqanlılığını qoruyur və işçilərinin motivasiyasını yüksək tutaraq şirkəti böhrandan çıxara biləcək ideyalara açıqdır.

Bizi sosial şəbəkələrdən izləyin!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et