“Mona Liza”-nın Fransa Milli Komandasına təbriki | Banco.az

“Mona Liza”-nın Fransa Milli Komandasına təbriki

Fransanın FIFA 2018 Dünya Çempionatında qalib gəlməsinin ardınca markalar bu hadisəni müxtəllif reklam kampaniyaları ilə qeyd etməyə başladılar.

Fransanın paytaxtı Parisin, Eyfel Qülləsindən sonra bəlkə də ən mühüm sinvollarından biri olan və bir çox sənət əsərinin nümayiş olunduğu Luvr Muzeyi də Fransanın qalibiyyətini özünəməxsus şəkildə qeyd etdi.

Bildiyimiz kimi muzeydəki ən mühüm əsərlərdən biri şübhəsiz ki, Leonardo Da Vinçinin “Mona Liza” tablosudur. Luvr Muzeyi də bu məşhur tablo vasitəsilə Fransa futbol komandasının uğurunu təbrik etdi.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, “Mona Liza” – ya Fransa milli komandasının formasının geyindirildiyi bir “Tweet” yayımladı. Burada “Mona Liza” – nın hər zamanki təbəssümündən daha çox gülümsədiyini görürük.

Luvr Muzeyi “Dünya Çempionatındakı qələbəsi münasibətilə Fransa Milli Komandasına təbriklər” mesajı ilə aşağıdakı “Tweet” – i yayımladı. “Tweet” qısa vaxt ərzində çox sayda insan tərəfindən bəyənildi və bir çox şərhlər aldı.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et