İnternet dünyanın hər yerindən birləşdirir bizi və bəziləri ilə birləşmək bəzən çox baha başa gəlir. Yox, söhbət “sevimli” qohumlardan getmir. Burada məsələ xakerlərdir. Çox bilmək mükəmməl bir şeydir. Amma bilgilərinizi istifadə etdiyiniz sfera önəmlidir. Necə deyərlər, əsas niyyətiniz gözəl olsun. İndi sizinlə bölüşəcəyim bu 3 pis oğlan, insanların milyonlarını oğurlamağı texnoloji bacarıqlarına borcludur. Gəlin onları tanıyaq:
“Möcüzə oğlan”- 2 milyon $
2013-cü ilin sentyabrında, 15 yaşlı şir ürəyi yemiş bu uşaq, NASA-nın kompyuter sistemlərinə və Beynəlxalq Fəza Stansiyasının idarə və nəzarətini hack etmişdi. O, həmçinin, Pentagonun silah bazasının kompyuter sisteminə daxil olaraq, 3000-dən çox email və olduqca məxfi parollarını ələ keçirmişdir. Bu gənc, azyaşlı olduğu üçün adı mətbuata və ictimaiyyətə açıqlanmadı. NASA isə kompyuterlər sistemindən 2 milyon dollar oğurlandıqdan sonra, 21 gün sistemi bağlamağa və 41000 dollar əlavə zərər ödəməyə məcbur oldu.
Evgeniy Bogachev -100 milyon $
2014-cü ilin iyununda, dünyanın hər yerindən, minlərlə kompyuterlə, bacarıqlı xakerlər 100 milyon dollara yaxın pulu sadə vətəndaşlardan oğurladı. Arxasında böyük bir xaker komandası olan Evgeniy, kompyuter virusu dizayn etdi və insanların şəxsi maliyyə datalarını topladı. FBİ-ın “Ən təhlükəli siber kriminalları”-ndan sayılan bu qəhrəman, hələ də həbs edilməyib.
Edward Pearson -123 milyon $
Sadəcə 23 yaşında Zeus, SpyEye, Python kimi məşhur kompyuter proqramlarını hazırlayan Pearson, hazırladığı proqramlar vasitəsilə insanların şəxsi maliyyə məlumatlarını - kredit kartları nömrələrini, adlarını ələ keçirə bilirdi. Paypal ən çox əziyyət çəkən şirkətlərdən olmuşdu. 200000-dən çox hesabı ələ keçirərkən, əslində, pul qazanmaq niyyəti ilə deyil, “intellektual həyəcan” yaşamaq istəyirdi, Pearson. Sevgilisi Cassandra Mennim və oğurladığı pullarla bahalı otellərdən birində həbs olunan Pearsonun oğurladığı məlumatlar əgər kağızda çap olunsa idi, 64000 ədəd A4 səhifə lazım olardı və Pearson bütün bu etdiklərinə görə 2 il yarım həbs cəzası aldı.
Sevinc Hüseynova, banco.az